On səkkiz rayonda şəhid ailələri və Qarabağ müharibəsi
əlillərinə yeni
evlər verilib
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
mənzillə təminat
proqramının davamı
olaraq bu gün şəhid ailələri və Qarabağ müharibəsi
əlillərinə 18 rayonda
(Xaçmaz, Qusar, İsmayıllı, Göyçay,
Lerik, Lənkəran, Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağdaş, Kürdəmir, Füzuli, Qobustan, Biləsuvar, Saatlı, Salyan, İmişli) yeni inşa olunmuş 57 fərdi yaşayış evi təqdim edilib.
Nazirlikdən
AZƏRTAC-a bildirilib ki, ümumilikdə bu gün Gəncədə
təqdim edilən 50 mənzil də daxil olmaqla 107 şəhid
ailəsi və Qarabağ müharibəsi əlili mənzil və
fərdi evlə təmin olunub.
Xaçmaz
və Qusar rayonlarında evlərin təqdim edilməsi tədbirlərində
nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri
Vüqar Behbudov, İsmayıllı rayonunda evlərin verilməsi
tədbirində nazirliyin aparat rəhbərinin müavini Bəxtiyar
Əzizov, rayon icra hakimiyyətlərinin rəsmiləri
iştirak ediblər.
Bildirilib
ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində
parlaq Qələbəni
qazanaraq tariximizin şanlı qəhrəmanlıq
səhifəsini yazdı.
Torpaqlarımızı 30 ilə
yaxın müddət
ərzində işğal
altında saxlayan erməni faşizmi məhv edildi, ərazilərimiz öz azadlığına qovuşdu.
Silahlı Qüvvələrimizin
qüdrəti, yenilməzliyi,
xalqımızın sarsılmaz
birliyi dünyaya nümayiş olundu. Təcavüzkar Ermənistanın
işğalından azad
edilən kənd və qəsəbələrimizdə,
şəhərlərimizdə bu gün Azərbaycan
bayrağı dalğalanır
və xalqımız bundan böyük iftixar hissi keçirir.
Bu
fərəhli günlərdə
şəhid ailələri
və Qarabağ müharibəsi əlillərinə
dövlətin qayğısı,
bu kateqoriyadan olan vətəndaşların
mənzil və fərdi evlə təminatı işləri
də davam edir. 2020-ci ildə şəhid ailələri
və Qarabağ müharibəsi əlilləri
üçün nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq mini bu kateqoriyadan
olanlara verilib.
Beləliklə,
indiyədək 8 min 558 mənzil və fərdi ev şəhid
ailələri və Qarabağ müharibəsi əlillərinə
təqdim olunub.
Tədbirdə
yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri,
müharibə əlilləri
Qələbə sevinclərini
bölüşüb, Ordumuzun
uğurlu hərbi əməliyyatlarından, Azərbaycan
əsgərinin yüksək
vətənpərvərliyindən, rəşadətindən qürurla
bəhs edib, bu böyük Qələbəyə görə
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevə, Ordumuza minnətdarlıqlarını bildiriblər.
Həmçinin daim xüsusi qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni evlə təmin edildiklərinə
görə dövlət
başçımıza təşəkkürlərini
ifadə ediblər.
Azərbaycan. - 2020.- 1 dekabr.- S.5.