Biləsuvarın qəhrəman
oğulları
Hər bir elin, diyarın
öz adətləri,
ənənələri var.
Evdən-evə, eldən-elə,
nəsildən-nəslə keçərək yaşayır,
inkişaf edir bu ənənələr. Vaxt ötüb zaman keçdikcə yeni forma, məzmun
alır həmin keyfiyyətlər.
Ənələrə sadiq qalan bölgələrimizdən
biri də Biləsuvardır. Sovetlər
birliyi dövründə
baş vermiş
1941-1945-ci illərin Böyük
Vətən müharibəsində
alman faşizminə qarşı müharibədə
yüzlərlə biləsuvarlı
igidliklə vuruşmuşdur.
Onların bir çoxu həlak olmuş, bir hissəsi isə sinəsi orden və medalla doğma Vətənə qayıtmışdır. Sonrakı illərdə
bu torpağın yetirməsi olan neçə-neçə zəhmət
adamı əmək cəbhəsinin qəhrəmanları
olmuş, Sosialist Əməyi Qəhrəmanı
kimi yüksək ada layiq görülmüş,
doğulub boya-başa
çatdıqları yurda
başucalığı gətirmişlər.
Müstəqilliyimizin ilk illərində mənfur qonşularımız
tərəfindən işğal
olunan Qarabağımız
göz dağımız
idi. Düşmən
o zaman yaranmış fürsətdən istifadə
edərək əzəli
torpaqlarımızı ələ
keçirmiş, 1 milyon
soydaşımızı dədə-baba
yurdundan qovmuşdu. Bunlar azmış kimi dünyanın başqa-başqa ölkələrində
yaşayan erməniləri
Qarabağda yerləşdirməklə
onu əbədi olaraq özününküləşdirmək
istəmişlər. Bu
isə hər bir vətənpərvər
gəncdə, el oğlunda işğalçı
ermənilərə qarşı
sonsuz nifrət, qəzəb hissi yaradırdı.
Biləsuvarlı
gizir Mübariz İbrahimovun içində
kükrəyən, qəzəblənən
qəzəb hissi onu düşməndən
qisas almağa çağırırdı. Bu
səbəbdən o, fikri,
düşüncəsi, böyük,
cəsur ürəyi ilə hər şeyi ölçüb-biçirdi. Ata-anasına son məktubunda "Ölərəmsə,
zəhmətinizi halal
edin” yazmışdı.
Bu onun şəhidlik
məqamına yüksələcəyindən
xəbər verirdi. Şəhidlik isə Vətən, torpaq, haqq işi uğrunda
ölümə getmək
deməkdir.
22 yaşlı
Mübariz İbrahimov
2010-cu il iyun ayının 18-dən 19-na keçən
gecə Tərtər rayonunun Çaylı kəndi istiqamətində
atəşkəs rejimini
pozan erməni işğalçılarının geri oturdulmasında böyük şücaət
göstərərək qəhrəmancasına
həlak oldu. Onun bu igidliyi
ildırım sürətilə
Azərbaycanın hər
yerinə yayıldı
və bu, təsadüfi deyildi. Mübariz Azərbaycanın
hərb tarixində özünəməxsus nümunə
göstərmişdi, xalqımızın
yenilməz ruhunu təcəssüm etdirmişdi.
Dəfn mərasimində,
hüzn məclisində
iştirak edən komandirləri, əsgər
yoldaşları onun igidliyindən, adı kimi mübariz bir döyüşçü
olduğundan söhbət
açırdılar.
M.İbrahimovun doğulub boya-başa çatdığı Əliabad
kəndinə və onun buradakı ata evinə ölkəmizin ən ucqar yerlərindən belə axın-axın insanlar gəlirdilər. Həmkarım Bahadur İmanquliyevlə birlikdə
həmin vaxt bu hüzn mərasimində
iştirak edib, onun haqqında geniş yazı hazırladıq.
Həmin
vaxtdan Biləsuvar gəncləri arasında bir coşqu yaşanmağa başladı.
Önəmli yerdə,
hətta maşınların
şüşələrində Mübarizin pəhləvan
cüssəli şəkilləri
asıldı. Prezident,
Ali Baş Komandan İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı
ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
İgid ölər, adı qalar. İndi ölkəmizin hansı bölgəsinə getsən,
ən hörmətli yerdə onun pəhləvan cüssəli
şəklini görərsən.
Bu gün Biləsuvar şəhərində
onun adını daşıyan məktəb,
küçə var. Hər il rayon
ictimaiyyəti qəhrəmanın
doğum və anım gününü məzarı üstünə
gedərək qeyd edir. Haqqında neçə-neçə bədii əsərlər
- şeirlər, hekayələr,
sənədli povest yazılıb, mahnılarda
adı çəkilib,
rəssamların ilham
mənbəyinə çevrilib,
şəxsiyyəti "Mübarizlik
zirvəsi” sənədli
filmində işıqlandırılıb.
İndi "Mübariz
İbrahimov” tankeri dünya sularında üzür.
Mübariz İbrahimov gəncliyimiz üçün əsl vətənpərvərlik, vətənsevərlik
nümunəsi qoyub getdi, göstərdi ki, torpaq, yurd
öz oğulları ilə şöhrətli və qiymətli olur.
Amma Mübariz bu yolda tək
deyil. Biləsuvarın Hikmət
Mirzəyev kimi igid general-leytenantı da
var. H.Mirzəyev Azərbaycan
Ordusunun tək-tək
ali rütbəli
zabitlərindəndir ki,
Vətən müharibəsinin
gedişində Ali Baş
Komandan əlaqə saxlayıb döyüşdə
göstərdikləri şücaətə
görə ona və rəhbərlik etdiyi şəxsi heyətə minnətdarlıq
etmişdir.
Biləsuvarlı gənclər bu gün onların
yollarını özlərinə
nümunə seçiblər,
onlara oxşamağa çalışırlar və
oxşayırlar da. Biləsuvarlı gənclərin əksər
hissəsi əsgəri
xidməti başa vurduqdan sonra gizir, çavuş kimi orduda qalaraq
hərb işini özlərinə peşə
seçirlər. Bəziləri
C.Naxçıvanski adına hərbi liseyə, bir çoxu isə oradan və ya tam orta təhsili
bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olurlar. Odur ki, bu gün Biləsuvarda az-az ailə tapılar ki, üzvlərindən orduda
xidmət edəni olmasın.
Hərbi xidmət yolunu seçən hər kəs yaxşı bilir ki, hər gün,
hər saat döyüşlə, ölümlə
üzləşə bilər. Özü də erməni
kimi mənfur, hiyləgər bir düşmənlə qarşı-qarşıya
durduğun zamanda.
Ancaq qəlbi Vətənin azadlığı üçün
döyünən biləsuvarlı
əsgərləri heç
nə qorxutmur. Rayonun Nərimankənd kənd sakinləri gizir Pərvin Əliyev, kiçik gizir Rahil Hüseynov,
əsgər Anar Qarazadə, 2016-cı il Aprel döyüşləri
zamanı qəhrəmancasına
həlak olmuş Hüseyn Dəmirli, Rahim Məmmədov, Fərahim Novruzov və başqaları belə igid oğullarımızdandır.
Məlum olduğu kimi, bu il iyul ayının 12-də mənfur düşmən
növbəti təxribat
törədərək Tovuz
istiqamətindəki mövqelərimizi
ələ keçirməyə
cəhd etdi. Döyüşlərdə Azərbaycan Ordusunun
bir neçə zabiti və əsgəri qəhrəmancasına
həlak oldu. Onların sırasında biləsuvarlı
baş leytenant Rəşad Mahmudov da vardı. O, rayonun Aşağı Cürəli
kəndindəki tam orta
məktəbin 8-ci sinfini
bitirdikdən sonra əvvəlcə C. Naxçıvanski
adına liseydə, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə
təhsil almışdır.
Şəhid zabit bu gün Aşağı Cürəli kənd qəbiristanlığında uyuyur.
Sentyabr ayının 27-də
başlayan və 44 gün davam edən müharibədə
müzəffər ordumuz
indiyədək özünü
yenilməz hesab edən Ermənistan ordusunu darmadağın etdi. Murov dağı, Suqovuşan, Cəbrayıl,
Füzuli, Zəngilan,
Qubadlı, yüzlərlə
kəndlərimiz, neçə-neçə
qəsəbələrimiz, Qarabağın ürəyi
Şuşa bir-birinin ardınca azad edildi. Ölkəmizdə qismən səfərbərlik
elan edilən zaman 800 biləsuvarlı gənc cəbhəyə gedib, döyüşlərdə
böyük rəşadətlər
göstərdilər. Müharibə itkisiz, qurbansız
olmur. Ağır döyüşlərdə Biləsuvardan olan əsgər və zabitlərdən müharibənin
sonuna qədər döyüşənlərlə bərabər, şəhidlik
zirvəsinə yüksələnlər
də oldu. Rayon icra hakimiyyətinin,
inzibati orqanların rəhbərləri, idarə,
müəssisələrin kollektivləri,
ictimaiyyət nümayəndələri
hər bir şəhidi böyük hörmət və ehtiramla torpağa tapşırdılar. Yaralı hərbçilər
isə diqqət mərkəzindədir. Həkimlər hər gün onlara baş çəkir, müalicələri,
tezliklə sağalmaları
üçün əllərindən
gələni edirlər.
Müharibə gedən müddətdə biləsuvarlılar
arxa cəbhədə
də fədakarlıqla
çalışmışlar. Yetişdirilən pambıq və
digər kənd təsərrüfatı məhsulları
vaxtında və itkisiz yığılmışdır.
Tədarük olunan pambığın
həcmi 27 min tondan çoxdur. Yığım isə davam
edir. Fermerlər, torpaq mülkiyyətçiləri
qüvvələrini səfərbər
edərək payızlıq
taxıl əkinini də optimal müddətdə
başa çatdırmağa
çalışırlar. Heyvandarlıq sahəsində fəaliyyət
göstərənlər isə
mal-qaranın qışdan
sağlam və gümrah çıxması
üçün nəzərdə
tutulan işləri başa çatdırmağa
tələsirlər.
Seyran CAVADOV,
Azərbaycan. - 2020.- 1 dekabr.- S.7.