Şəhid ailələri
və müharibə əlillərinin məşğulluq
imkanlarının artırılması
üçün tədbirlər
planı hazırlanıb
Prezident
İlham Əliyevin tapşırığına uyğun
olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi möhtəşəm
Qələbəmizlə başa
çatan Vətən
müharibəsində şəhid
olan qəhrəmanlarımızın
ailələrini, müharibə
əlilləri və digər iştirakçılarını
geniş sosial dəstək tədbirləri ilə əhatə edəcək.
Həmin tədbirlər çərçivəsində
onların məşğulluq
imkanlarının da artırılması təmin
olunacaq. Bu məqsədlə Tədbirlər
Planı hazırlanıb.
Plan işğaldan azad edilmiş ərazilərin,
döyüş zonasına
yaxın olmuş bölgələrin sakinlərini,
erməni terrorundan zərər çəkmiş
şəxsləri də
əhatə edir.
Tədbirlər Planında nəzərdə
tutulur:
* Şəhid
ailələri, müharibə
əlilləri və iştirakçılarının özünüməşğulluq proqramına qısa zamanda növbədənkənar
cəlb edilməsi, onların istehsal-xidmət
və kənd təsərrüfatı sahələri
üzrə mal və materiallarla, avadanlıqlarla təmin edilməklə kiçik bizneslərinin yaradılması;
*
Döyüş zonasına
yaxın olmuş bölgələrdə özünüməşğulluq
proqramına cəlb olunan şəxslər üzrə kvotanın artırılması, proqram
üzrə mal və materiallarla, avadanlıqlarla təminat işlərinin genişləndirilməsi;
*
Erməni terroru nəticəsində kiçik
müəssisə və
ailə təsərrüfatlarına
ziyan dəymiş vətəndaşlara özünüməşğulluq
proqramı çərçivəsində
dəstəyin göstərilməsi;
* Sosial iş yerlərində əməkhaqqının birgə
maliyyələşdirilməsi proqramına şəhid ailələrinin, müharibə
əlillərinin və
iştirakçılarının növbədənkənar cəlb
edilməsi, döyüş
zonasına yaxın olmuş bölgələrdə
bu proqram üzrə kvotaların artırılması;
* Həssas qruplardan olanlar üçün nəzərdə
tutulan kvotadan başqa, əlavə olaraq şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün
iş yerləri yaradan işəgötürənlər
üçün həmin
iş yerləri üzrə əməkhaqqının
100%-dək maliyyələşdirilməsi
layihəsinin hazırlanması
və icrası və s.
Azərbaycan. - 2020.- 1 dekabr.- S.8.