Tütünçülüyün inkişafı
davamlı xarakter alır
Kənd təsərrüfatı qeyri-neft
sektorunda coğrafiyasına
və əhəmiyyətinə
görə xüsusi yer tutur. Azərbaycanda
əmək qabiliyyətli
əhalinin böyük
bir hissəsi bu sahədə çalışır.
Kənd
təsərrüfatının inkişafı həmin insanların işlə təminatında və sosial rifahının yaxşılaşmasında önəmli
rol oynayır. Ən başlıcası isə, ölkənin ərzaq təhlükəsizliyi
aqrar sektorun inkişafından asılıdır. Odur ki, bu
sektorda aparılan islahatlar sosial-iqtisadi baxımdan ölkə üçün mühüm
əhəmiyyət kəsb
edir.
Dövlət kənd təsərrüfatının
ənənəvi sahələrini
yenidən dirçəltməklə
məhsul istehsalının
artırılmasına nail
olmuşdur. Bunun üçün xüsusi
dövlət proqramları
qəbul olunmuş, fermerlərə bir sıra güzəştlər
edilmişdir. Nəticə
göz qabağındadır.
Məsələn, baramaçılığın
inkişafına verilən
dövlət dəstəyi
sayəsində bu sahədə artım faizlə deyil, dəfələrlə ölçülür.
Pambıqçılıq, çəltikçilik, tütünçülük,
fındıqçılıq kimi sahələrdə də məhsul istehsalı sürətlə
artmağa başlamışdır.
Tütünçülük də Azərbaycanın kənd təsərrüfatında
mühüm yer tutan sahələrdən sayılır. Lakin ötən əsrin
90-cı illərindəki sosial-iqtisadi
böhran, fermerlərin
yetişdirdiyi məhsulu
sata bilməməsi digər sahələrə
olduğu kimi, tütünçülüyə də marağın azalmasına səbəb olmuşdu. Bu səbəbdən Prezident İlham Əliyev 2016-cı il oktyabrın 5-də sözügedən
sahəni dirçəltmək
məqsədilə "Azərbaycan
Respublikasında tütünçülüyün
inkişaf etdirilməsinə
dövlət dəstəyi
haqqında” sərəncam
imzaladı, 10 avqust
2017-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında tütünçülüyün
inkişafına dair
2017-2021-ci illər üçün
Dövlət Proqramı”nı
təsdiq etdi.
Proqramda
qeyd edilir ki, qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi
istiqamətində həyata
keçirilmiş məqsədyönlü
tədbirlər ənənəvi
kənd təsərrüfatı
sahələrinin inkişafında
mühüm nəticələrin
əldə olunmasına
gətirib çıxarmışdır.
Ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi,
emal sənayesi müəssisələrinin xammala
tələbatının yerli
istehsal hesabına ödənilməsi, həmçinin
ixrac potensialının
olması aqrar sektorun inkişafına geniş imkanlar açır. Son illər kənd
təsərrüfatı məhsulları
istehsalına verilən
güzəştlər, subsidiyalar,
həmçinin fermerlərin
torpaq vergisindən savayı bütün növ vergilərdən azad olunması digər sahələrlə
yanaşı, tütünçülüyün
inkişafına da güclü təkan vermişdir.
Ölkəmizdə tütünçülüyün elmi əsaslarla inkişafı, həmçinin
bu sahə üzrə yüksək sənaye potensialının
yaradılması ötən
əsrin 70-ci illərinə
təsadüf edir. Həmin illərdə həyata keçirilən
uğurlu aqrar siyasət sayəsində tütünçülük sürətlə
inkişaf etmişdir.
Tütünçülüyün elmi bazasının gücləndirilməsi hesabına
1970-1980-ci illərdə Azərbaycanda
əkin sahəsi 17 min hektara çatmış,
illik istehsal həcmi 60 min tondan çox olmuşdur. Qeyd etdiyimiz kimi, sonralar bu sahəyə
diqqət yetirilmədiyi
üçün inkişaf
dayanmışdır. Məsələn,
2016-cı ildə tütünün
əkin sahəsi 2,4 min hektara düşmüş,
illik istehsal həcmi 3,6 ton olmuşdur.
İndi dövlət tərəfindən
tütünçülüyün inkişafına verilən
dəstək bəhrəsini
verir. Belə ki, cari ildə
ölkə üzrə
3144 hektar sahədə
tütün əkilib.
Fermerlər məntəqələrə
5078,2 ton quru tütün təhvil veriblər. Hazırda tütünçülük üzrə
orta məhsuldarlıq
hər hektardan 18,9 sentnerdir. Yığım başa çatdıqda bu rəqəmin indikindən yüksək olacağı gözlənilir.
Bu il Azərbaycanın 12 rayonunda
və Naxçıvan
Muxtar Respublikasında
tütün əkilib.
Vurğulayaq ki, tütünçülüyə marağın artması bu sahəyə verilən dövlət dəstəyi sayəsində
mümkün olub. Tütün həm əkinə, həm də məhsula görə subsidiya verilən kənd təsərrüfatı bitkilərinin
kateqoriyasına daxil edilib. Belə ki, fermerlər dövlətdən tütün
əkilən hər hektara görə 280, təhvil verilən məhsulun hər tonuna görə 50 manat subsidiya alır.
Ölkəmizdə
ənənəvi sahələrdən
olan tütünçülüyün
inkişafı ilə
bağlı həyata
keçirilən tədbirlər,
bu sahəyə dövlət dəstəyinin
gücləndirilməsi, tütünün
satış qiymətinin
artırılması Oğuz
rayonunun fermerlərinin
də tütünçülüyə
marağının artmasına
səbəb olub. Şimal-qərb bölgəsinin
digər rayonları kimi, Oğuzda da gəlirli istehsal sahələrindən
olan tütünçülüyün
inkişafı istiqamətində
həyata keçirilən
tədbirlər artıq
öz müsbət nəticəsini göstərir. Belə ki, bu
il rayonda tütün əkini sahələri əvvəlki
illə müqayisədə
2,4 dəfədən çox
artırılaraq 269 hektara
çatdırılıb. Cari
mövsümdə sahələrə
əsasən "Virciniya
botaniki” növlü tütün əkilib. Tütünün yetişdirilməsi
ilə əlaqədar
65 fermerlə müqavilə
bağlanılıb.
Hazırda rayonun təsərrüfatlarında
tütün yığımı
davam edir. Torpaq mülkiyyətçiləri mövsümün
əvvəlindən indiyədək
rayonun Bucaq, Bayan və Sincan
kəndlərində fəaliyyət
göstərən emal
məntəqələrinə 4 min tondan çox
"Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. Bu emal məntəqələrində
400 tonadək quru tütün istehsal edilib. Keçən il isə oğuzlu
fermerlər 110 hektar sahədən 215,6 ton quru tütünün təhvil verilməsinə
nail olmuşdular.
Zaqatala rayonunda isə tütün yığımı
yekunlaşmaq üzrədir.
İndiyədək emal
məntəqələrinə 557,8 ton quru tütün
təhvil verilib. Bu mövsüm rayonda 574 hektar sahədə tütün əkilib. Qeyd edək ki, ötən
il zaqatalalı fermerlər tərəfindən
615,2 hektar sahədə
tütün yetişdirilərək
607 ton quru tütün istehsal olunmuşdu.
İsmayıllı rayonunda isə cari ildə 60 ton quru tütün
yarpağı tədarük
edilib. 13 kənddəki
30 hektar tütün əkini sahələrinin məhsuldarlığı 20 sentnerdir.
Qazanılan bütün bu nailiyyətlər tütünçülüyün
perspektivlərindən və
qarşiya qoyulan hədəflərə çatacağından
xəbər verir.
Bu arada Kənd Təsərrüfatı
Nazirliyi sözügedən
sahəyə aid son məlumatı açıqlayıb. Bildirilir
ki, sahələrdə
tütün yarpağı
yığımı davam
edir. Noyabrın 27-nə
olan operativ məlumata əsasən, fermerlər tərəfindən
6240,8 ton tütün yığılıb, qəbul
məntəqələrinə 5355,4 ton quru tütün
təhvil verilib.
Tütünçü
fermerlər tərəfindən aqrotexniki qulluq qaydalarına
düzgün riayət edilməsi, şitil seçimi bu il orta
məhsuldarlıq göstəricisinin yüksəlməsinə
səbəb olub.
Ötən ilin yekununda tütünçülükdə yekun orta məhsuldarlıq
19,3 sentner olub. Bu il yığım
prosesi başa çatmasa da orta məhsuldarlıq ötənilki göstəricidən
yüksəkdir. Hazırda
tütün yarpağı
üzrə orta məhsuldarlıq 19,8 sentner
təşkil edir ki, bu da
ötənilki göstəricidən
0,5 sentner çoxdur. Hazırda məhsul yığımı davam etdiyindən orta məhsuldarlıq göstəricisinin
daha da artacağı
gözlənilir.
Rüstəm KAMAL,
Azərbaycan. - 2020.- 1 dekabr.- S.8.