Tariximizin ilmələnmiş inciləri

 

 

Azərbaycan xalqının tarixi mədəniyyətində elə sənətkarlıq nümunələri var ki, onlar əsrləri yola salmaqdadır. Bu sənət əsərlərində həm tariximiz, həm mədəniyyətimizin ilkinlikləri öz işartılarını inkişafını qoruyub saxlamaqdadır. Onlardan biri ilmələrdən naxışlanmış xalı-xalçalardır. Bunların arasında Qarabağ xalçalarından söz açmağımız təsadüfi deyil.

Qarabağın dağlıq ərazilərini, eləcə ona bitişik daha 7 inzibati rayonumuzu 30 ilə yaxın işğalda saxlayan erməni-haylar digər maddi-mədəniyyət, dini-tarixi adidələrimizi məhv etməkləri az imiş kimi, xalçalarımıza da göz dikdilər. Ermənilərin dünyaya özlərininki kimi təqdim etdiyi Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür yumşaq xova malikdir. Onlar parlaq koloriti ilə seçilirlər. Dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar süjetli.

Bu xalçalar Qarabağın dağlıq hissəsində Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz bir çox başqa qəsəbələrdə istehsal olunurdu. Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda - dağlıq aran zonalarında inkişaf etmişdir. Qarabağın dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri, Daşbulaq, Dovşanlı, Girov, Çanaxçı, Köhnə Tuğlar, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayıblar.

"Aran xalçası”, "Bağçadagüllər xalçası”, "Balıq xalçası”, "Buynuz xalçası”, "Bərdə xalçası”, "Bəhmənli xalçası”, "Qarabağ xalçası”, "Qoca xalçası”, "Qasımuşağı xalçası”, "Ləmbəran xalçası”, "Muğan xalçası”, "Talış xalçası”, "Lampa xalçası”, "Malıbəyli xalçası”, "Xanqərvənd xalçası”, "Xanlıq xalçası”, "Xantirmə xalçası”, "Çələbi xalçası”, "Şabalıdbuta xalçasıçeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı-gəbələr geniş yayılmışdır.

XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, "Bağçadagüllər xalçası”, "Saxsıdagüllər xalçası”, "Bulud xalçası s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng-boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər müxtəlif növ həşəratlardan da alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona -”qırmızı böcək”, "qurd qırmızı”, "palıd cücüsüdeyilirdi.

 

 

 

"Çələbixalçası

 

 

 

Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə təfsirinin orijinallığına görə bənzərsizdir. Bu xalçalar üfuqi simmetriya prinsipi üzrə mövzunun dekorativ cəhətdən mənimsənilməsinin əsl xalq manerasında qurulmuşdur. Əvvəllər Qarabağ xalçalarında gözəl rəsmlərlə yanaşı, ovçuluq süjeti əsaslıq təşkil edirdisə, sonralar buna marağın azaldığı aydın görünür.

Qədim xovsuz "Şəddəxalçaları kompozisiya cəhətdən ibtidai, üfuqi simmetriyanın prinsipi üzrə qurulur birtipli adam heyvan fiqurları paralel bölgüdə intəhasız təkrar edilir. Bitkin ovçuluq motivlərinə marağı itirən xovlu xalça ustaları həmin bədii prinsipdən istifadə edirlər.

Xalq dastanının qəhrəmanı, Şərqin böyük şairi Firdovsinin "Şahnaməpoemasında baş qəhrəman Rüstəmə həsr edilmiş Qarabağ xalçaları xüsusilə gözədəyəndir.

 

 

 

"Buynuzxalçası

 

 

 

"Buynuzadı alan xalçalar Qarabağ tipinə aiddir. Onlar Dağlıq Qarabağın müxtəlif xalçatoxuma məntəqələrində istehsal olunur. Qarabağlı qocaman xalça sənətkarları "Buynuzxalçasını əvvəllər olduğu kimi, "Horadizadlandırırlar. "Buynuzmüxtəlif simvol təsəvvürü ifadə edirdi. Güc cəsarət rəmzi olan öküz eyni zamanda "səma qüvvələriilə simvollaşdırılaraq, su əkinçilik Allahını təcəssüm etdirir. "Buynuz”ların assimmetrik quruluşu bir tərəfdən xalçanı canlandırır, digər tərəfdən isə onları istənilən ölçüdə toxumağa imkan verir. "Buynuz”ların ətrafında toplaşan, xalçanın əsas elementini təşkil edən müxtəlif formalı detallar bu kompozisiyada doldurucu element rolunu oynayır.

 

 

 

"Balıqxalçası

 

 

 

Bu xalça Qarabağ tipinin ən geniş yayılanlarından biridir. Ölkəmizin şimalında "Balıq”, İran Azərbaycanında isə "Moxiadı ilə tanınır. "Balıqxalçası Qarabağan bütün xalçatoxuma məntəqələrində istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Bərdə şəhəri hesab edilirdi. XVIII əsrin ikinci yarısından isə "Balıqxalçası Şuşa şəhərində istehsal olunurdu. XIX əsrin ikinci yarısından Şuşada istehsal olunan xalı xalçaların təqribən 35 faizi "Balıqtipinə aid idi. "Balıqtəsvirini xatırlatdığına görə xalça sənətkarları şərti olaraq bu kompozisiyanı "Balıqadlandırırdılar.

 

 

 

"Qarabağxalçası

 

 

 

"Qarabağadı ilə tanınan xalçalar Azərbaycanın bütün xalçatoxuma məntəqələrində istehsal olunub bu gün toxunmaqdadır. İstehsal yerindən asılı olaraq bu xalçalara müxtəlif adlar verilib. Lakin sənətkarlar onları ümumilikdə "Qarabağxalçaları adlandırırdılar. XIX əsrdə Şuşada İstanbul bazarlarına satış üçün istehsal olunan bu kompozisiyalı xalçalar "Xan ya "Xan Qarabağkimi müxtəlif adlar almışdılar. Eyni eskizlə Qubada toxunan xalçalar isə "Africaadlanırdılar. "Qarabağadı ilə tanınan xalçalar bir neçə növdə olur: Bir neçə medalyondan ibarət olan orta sahənin kompozisiyası İran Hindistan bədii parçalarının əsasən basma naxışlı pərdələrini xatırladır. Bitki elementləri ilə bəzədilmiş bu medalyonlara XV-XVII əsr Təbriz rəssamlarının tərtibatı əsasında hazırlanmış Quranın ədəbi-bədii əsərlərin üz qabığında rast gəlmək olar.

Həmçinin xalça toxuyanlar arasında "Çini-çeşniadı alan "Qarabağxalçaları da mövcuddur. Bu xalçaların kompozisiyasını bir cərgədə yerləşən səkkizguşəli medalyonlar təşkil edir.

 

 

 

"Xanlıqxalçası

 

 

 

Xanlıq Azərbaycanın ən tanınmış xalçatoxuma məntəqəsidir. Burada istehsal olunan xalçalar incəsənət əsərlərinin gözəl nümunəsi olub. XIX əsrdə Cəbrayılda, xüsusilə Mirzəcanlı, Əfəndilər, Daşkəsən, Süleymanlı kəndlərində istehsal olunan xalçalar dünya bazarına yarmarkalara ixrac olunanlardan daha gözəl hesab olunurdu. "Xanlıqxalçasının orta sahəsində böyük göl yerləşir. Onun yuxarı aşağı hissəsində iki quba, orta sahənin dörd küncündə isə simmetrik yerləşmiş ləçək yerləşir. "Xanlıqxalçasına xarakterik olan haşiyələr zolaqlardan ibarətdir. XIX əsrdə şairə Xurşidbanu Natəvanın müşayiəti altında xalq arasında "xan qızıkimi tanınan "Xanlıqxalçası toxunmuşdur.

 

 

 

"Qasımuşağıxalçası

 

 

 

Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu "Qasımuşağıxalçasıdır. Xalçanın adı Laçın rayonunun şimalında yerləşən Şamkənd, Ərikli, Kürdhacı, Çorman Şəlvə kəndinin əhalisinin adı ilə bağlıdır. Qasım Hacı Sam oğlu bir vaxtlar burada yaşayan hörmətli şəxs olub. Bu kəndlərdə yaxın keçmişə qədər yüksək növ xalçalar istehsal edilirdi. "Qasımuşağıxalçalarının orta sahəsinin kompozisiyası incəsənət nöqteyi-nəzərdən orijinal olub, müxtəlif detallardan elementlərdən ibarətdir.

 

 

 

"Bəhmənlixalçası

 

 

 

Bu xalçanın adı Füzuli rayonunun Böyük Bəhmənli kəndi ilə bağlıdır. "Bəhmənlixalçasınını orta kompozisiyasını bir-birinin ardınca düzülmüş, orijinal formalı fiqurlar təşkil edir. Orta sahədə yerləşən bir ya iki fiqur xüsusən maraqlı olan kompozisiyadır. Qocaman xalçatoxuyanların təxminlərinə görə, bu fiqurlar "heykəl”, "manqal ya "çanq” (pəncə), digərləri isə çanaqlı bağanı təsvir edir. Heyvana bənzəyən bu fiqurlar müəyyən tayfanın totemi olan çanaqlı bağanın təsviri ilə bağlıdır.

 

 

 

"Malıbəylixalçası

 

 

 

Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən "Malıbəylixalçaları da kənd adını daşıyır. Bu kəndin kişi sakinləri heyvandarlıq əkinçiliklə, qadınları isə xalça gəbə toxumaqla məşğul olurdular. Onların xalçaları bütün Qarabağda məşhur idi. Haqqında danışılan xalça yalnız Malıbəylidə deyil, həm Qarabağın digər xalçaçılıq məntəqələrində toxunurdu. Yaxın zamanlaradək Malıbəylidə naxışlı keçələr toxunurdu, onların naxışları orta əsrlərdə Orta Asiyanın dekorativ incəsənət əsərlərinin naxışları ilə oxşardır.

 

 

M.NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2020.- 1 dekabr.- S.11.