Ağdam Çörək Muzeyi
Çörək yalnız insan üçün xüsusi
əhəmiyyət daşıyan
qida deyil. O həm də müqəddəs nemətdir.
Folklorumuzda da çörəklə bağlı
çoxsaylı atalar
sözləri, zərbi-məsəllər,
miflər və əsatirlər qalmaqdadır.
Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada
aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı
əlamətlərə rast
gəlinməsin.
Artıq neçə ildir ki, erməni vandalları - daşnaklar xalqımıza məxsus müqəddəs nə varsa, onları Yer üzündən silməyi qarşılarına
məqsəd qoyublar. Onlardan biri də Ağdam
Çörək Muzeyi
idi ki, orada
unikal eksponatlar - taxılçılıqla bağlı
arxeoloji tapıntılar
toplanmışdı. Eksponatlar
arasında daşa dönmüş dənlər,
əl dəyirmanları,
qab-qacaq, qədim kitablar, əlyazmalar, əkinçilik alətlərindən
(oraq, xış, taxıldöyən vərdənə
və s.) bəhs
edən müxtəlif
dəyərli nümunələr
var idi.
1983-cü
ilin noyabrında yaradılmış bu
"bərəkət ocağı”
keçmiş SSRİ-də
birinci, dünyada ikinci unikal muzey
idi. İkimərtəbəli
sərgi salonu olan muzeyin ömrü,
təəssüf ki, qısa oldu, 1983-1992-ci illəri əhatə etdi. Cəmi 9 il fəaliyyət göstərdi. 1992-ci il avqust ayının 12-də
Əsgəran rayonunun
Naxçıvanik kəndi
istiqamətindən ermənilərin
atdığı top mərmisi ilə bu bərəkət ocağı da darmadağın edildi.
Xatırladaq ki, Azərbaycan da daxil olmaqla
sovetlər dövründə
15 ölkədə 22 çörək
muzeyi olub. Dünyada ilk çörək muzeyi isə İsveçrənin
Sürix şəhərinin
sakini Mişel Veren tərəfindən
1940-cı ildə yaradılıb.
Ağdam Çörək Muzeyinin həyətində vaxtilə
"Od dəyirmanı”
olub. XIX əsrin sonlarında istifadəyə
verilən həmin dəyirman su ilə deyil, duru yanacaqla işləyib. Sonralar dəyirman şəhəri
nəinki unla, hətta enerji ilə də təmin edib. Gündüzlər dəyirman
kimi işləsə də, axşamlar bir çox əraziləri işıqlandırıb.
İkinci Dünya müharibəsi illərində
"Od dəyirmanı”nın
sakinlərin ümid yerinə çevrildiyini ağdamlılar unutmayıblar.
Muzey fəaliyyətə başlayandan
sonra onun 300-dək eksponatı ziyarətə
gələn əcnəbi
qonaqlar tərəfindən
hədiyyə edilib. Ən yaddaqalanını isə Qalina Andreyevna Konayeva adlı bir xanım
təqdim edib. Moskvanın mərkəzi televiziyasında muzeylə
bağlı süjet efirə verildikdən az sonra həmin
xanım Ağdama gələrək ikinci Dünya müharibəsi dövründən saxladığı
"blokada çörəyi”ni
muzeyə bağışlayıb.
Muzey eksponatları arasında ən qədimi Miladdan əvvəl VII minilliyə aid olan daşlaşmış
buğda dənələri
idi. Buğda dənələri akademik İmam Mustafayev tərəfindən
təqdim edilsə də, Ağdamın Əfətli kəndi ərazisindəki Çalağantəpədə
arxeoloji qazıntı
aparan tanınmış
arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü İdeal Nərimanovun səyi nəticəsində tapılmışdı.
Daşlaşmış
buğda dənələri
sonralar Azərbaycan Tarix Muzeyinə təqdim edilib.
Muzeyin direktoru olmuş Hafiz Əliyev maraqlı bir məqamı xatırladırdı:
"1987-ci ildə ölkədə
başlayan "perestroyka”nın
ilk acıları hiss edilirdi. Çörək qıtlığı
da vardı. Ona görə də un dəyirmanını
işə salmaq istədik. Dəzgahqayırma zavodunda çalışanlar
təmənnasız olaraq
mühərrikin işə
salınması üçün
lazım olan avadanlıqları təmir
edərək hazır
vəziyyətə gətirdilər.
İl yarımadək
dəyirman həm ağdamlılara, həm də qonşu rayonların sakinlərinə
xidmət göstərdi, həm də təmənnasız”.
Erməni vandalizmi xalqımızın
bərəkət ocağı
sayılan belə müqəddəs abidələri
Yer üzündən sildi. Amma o torpaqlarda
ocaqlarımızı söndürməyə
gücləri yetməyəcək.
Külli-Qarabağda ocaqlarımızın
yenidən yandırılmasına
nail olacağıq. O zaman Ağdam Çörək Muzeyi də yeni həyatını
yaşayacaq.
Rəhman SALMANLI,
Azərbaycan. - 2020.- 1 dekabr.- S.11.