GUAM
ölkələrinin Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində
infrastruktur layihələrində
iştirakı müzakirə
edilib
Kiyevdə
GUAM-ın Milli Əlaqələndiricilər Şurasının
videokonfrans formatında
keçirilən 54-cü iclasında
quruma üzv ölkələr arasında
iqtisadi əlaqələrin
gücləndirilməsi, Azərbaycanın
işğaldan azad olunan ərazilərində
yeni layihələrin icrası məsələləri
müzakirə olunub.
AZƏRTAC
xəbər verir ki, iclası giriş sözü ilə
açan GUAM-ın baş katibi Altay Əfəndiyev qurum
çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın
perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin
gücləndirilməsinin vacibliyini vurğulayıb.
Videokonfransda
iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, bu il
Azərbaycanın quruma
sədrliyi dövründə
əsasən infrastruktur,
nəqliyyat, enerji layihələrinin həyata
keçirilməsi istiqamətində
layihələrin yekun
variantları müzakirə
edilib. Pandemiya dövründə GUAM daha
səmərəli fəaliyyətə
nail olmasa da, bir sıra
vacib məsələlər
müzakirə edilib.
Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində yeni
böyük infrastruktur layihələrin həyata keçiriləcəyini
vurğulayan M.Məmmədquliyev bildirib ki, GUAM ölkələri
də bu layihələrə öz töhfəsini verə bilər.
"Azərbaycan öz ədalətli haqqını
bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi regionun
inkişafına ciddi problemlər yaradırdı.
Artıq problem həllini tapıb, işğaldan azad olunmuş ərazilərdə
yeni quruculuq işlərinə başlanılır.
Prezident İlham Əliyev həmin ərazilərin yenidən
qurulması üçün
dövlət proqramının
hazırlanması tapşırığını
verib. Bir sıra regional yol, infrastruktur layihələr həyata keçiriləcək”, - deyə
M.Məmmədquliyev əlavə
edib.
İclasda
çıxış edən Ukrayna, Gürcüstan və
Moldova xarici işlər nazirlərinin müavinləri atəşkəsin
əldə olunmasını, münaqişənin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həllini yüksək qiymətləndirdiklərini bəyan
ediblər.
Videokonfransda
həmçinin vurğulanıb ki, quruma üzv ölkələr
beynəlxalq təşkilatlarda koordinasiyalı işi daha da təkmilləşdirməli,
infrastruktur, enerji layihələrinin həyata keçirilməsini
intensivləşdirməlidirlər.
Qeyd edək ki, 2021-ci ilin yanvarında GUAM-a sədrlik Azərbaycandan Gürcüstana keçəcək.
Dekabr ayında GUAM-a üzv ölkələrin
xarici işlər nazirləri, Baş nazirləri səviyyəsində
iclasların keçirilməsi
də nəzərdə
tutulur.
Azərbaycan. - 2020.- 2 dekabr.- S.4.