Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı səfərbərlik haqqındaAzərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən qərara alıram:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış aşağıdakı kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilsinlər:

 

1.1. üç ya daha çox uşağı olan;

 

1.2. himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;

 

1.3. himayəsində yetkinlik yaşına çatmayan bacısı ya qardaşı olan;

 

1.4. ailənin tək övladı olan;

 

1.5. ataları ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş ya vəfat etmiş;

 

1.6. döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;

 

1.7. yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;

 

1.8. mülkiyyət təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili rezidenturada təhsil alan.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 dekabr 2020-ci il.

 

Azərbaycan.- 2020.-2 dekabr.- S.4.