“Vətən Müharibəsində qələbə
münasibətilə Azərbaycan
Respublikasının orden
və medallarının
təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının
orden və medallarının təsis
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli
Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Vətən
Müharibəsində qələbə
münasibətilə Azərbaycan
Respublikasının orden
və medallarının
təsis edilməsi ilə əlaqədar
"Azərbaycan Respublikasının
orden və medallarının təsis
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini tətbiq etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının
2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş "Vətən
müharibəsi iştirakçısı”
Azərbaycan Respublikasının
medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Əsasnamənin
1-ci maddəsində "orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
mərkəzi və yerli icra hakimiyyəti
orqanları, Azərbaycan
Respublikası Prezidentinin
yaratdığı publik
hüquqi şəxslər,
habelə dövlətə
məxsus olan digər hüquqi şəxslər nəzərdə
tutulur;
1.3. Azərbaycan Respublikasının
2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş "Vətən
müharibəsində arxa
cəbhədə xidmətlərə
görə” Azərbaycan
Respublikasının medalı
haqqında Əsasnamə”nin
1-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.4. həmin Əsasnamənin
1-ci maddəsində "orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
mərkəzi və yerli icra hakimiyyəti
orqanları, Azərbaycan
Respublikası Prezidentinin
yaratdığı publik
hüquqi şəxslər,
habelə dövlətə
məxsus olan digər hüquqi şəxslər nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Vətən Müharibəsində
qələbə münasibətilə
Azərbaycan Respublikasının
orden və medallarının təsis
edilməsi ilə əlaqədar "Azərbaycan
Respublikasının orden
və medallarının
təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2020-ci il
26 noyabr tarixli 204-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 dekabr 2020-ci il.
Azərbaycan.- 2020.-2 dekabr.- S.4.