“Azərbaycan Respublikasının
“Vətən Müharibəsi
Qəhrəmanı” adının
təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il
26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının "Vətən
Müharibəsi Qəhrəmanı”
adının təsis
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini tətbiq etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının
2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının "Vətən
Müharibəsi Qəhrəmanı”
adı haqqında Əsasnamə”nin 2.2-ci (hər
iki halda) və 2.3.2-ci maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Əsasnamənin
2.2-ci (birinci halda) və 2.3.2-ci maddələrində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti
nəzərdə tutulur;
1.3. həmin Əsasnamənin
2.2-ci (ikinci halda) maddəsində "orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi,
Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Sərhəd Xidməti,
Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidməti və Azərbaycan Respublikasının
Xarici Kəşfiyyat Xidməti nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikasının
"Vətən Müharibəsi
Qəhrəmanı” adının
təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il
26 noyabr tarixli 205-VIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 dekabr 2020-ci il.
Azərbaycan.- 2020.-2 dekabr.- S.4.