Azərbaycan RespublikasınınZəfərordeninin statutu

 

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Təltif edilən şəxslər

 

Azərbaycan Respublikasının "Zəfərordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.

 

Maddə 2. Təltif edən orqan

 

Azərbaycan Respublikasının "Zəfərordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

 

Maddə 3. Taxılma qaydası

 

Azərbaycan Respublikasının "Zəfərordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri medalları olduqda, "Heydər Əliyevordenindən sonra taxılır.

 

 

Azərbaycan. - 2020.- 2 dekabr.- S.5.