“Cəsur döyüşçü”
Azərbaycan Respublikasının
medalı haqqında
ƏSASNAMƏ
Azərbaycan Respublikasının
2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
"Cəsur döyüşçü”
Azərbaycan Respublikasının
medalı ilə Azərbaycan Respublikasının
işğal edilmiş
ərazilərinin azad
olunması zamanı müstəqil və ya digər qoşun
növləri ilə birlikdə strateji və ya xüsusi
əhəmiyyətli ərazilərin
tutulması üzrə
döyüş tapşırıqlarını
uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas
qruplaşmalarını və
texnikasını məhv
etməklə qoşunlarımızın
döyüş qabiliyyətinin
qorunub saxlanılmasında
fərqlənmiş Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin hərbi
qulluqçuları təltif
edilir.
Maddə 2. Təltif edən orqan
"Cəsur döyüşçü”
Azərbaycan Respublikasının
medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən
şəxslər Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 23-cü bəndinə
uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
"Cəsur döyüşçü”
Azərbaycan Respublikasının
medalı döşün
sol tərəfinə,
Azərbaycan Respublikasının
digər orden və medalları olduqda, "İgidliyə
görə” medalından
sonra taxılır.
Azərbaycan. - 2020.- 2 dekabr.- S.5.