“Döyüşdə fərqlənməyə
görə” Azərbaycan
Respublikasının medalı
haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikasının
2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
"Döyüşdə fərqlənməyə
görə” Azərbaycan
Respublikasının medalı
ilə döyüş
şəraitində tapşırıqların
icrası zamanı və həyat riski ilə əlaqəli xüsusi əməliyyatlar zamanı
göstərilən fərqlilik,
cəsarət və fədakarlıq, habelə
döyüş tapşırıqlarının
uğurla yerinə yetirilməsinə kömək
edən bacarıqlı,
təşəbbüskar və
qətiyyətli hərəkətlər
nümayiş etmiş,
eləcə də döyüş tapşırıqlarının
uğurla yerinə yetirilməsi zamanı tabeçilikdə olan bölməyə peşəkarlıqla
rəhbərlik etmiş
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
hərbi qulluqçuları
təltif edilir.
Maddə 2. Təltif edən orqan
"Döyüşdə fərqlənməyə görə”
Azərbaycan Respublikasının
medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən
şəxslər Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 23-cü bəndinə
uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
"Döyüşdə fərqlənməyə
görə” Azərbaycan
Respublikasının medalı
döşün sol tərəfinə, Azərbaycan
Respublikasının digər
orden və medalları olduqda, "Cəsur döyüşçü”
medalından sonra taxılır.
Azərbaycan. - 2020.- 2 dekabr.- S.5.