“Döyüşdə fərqlənməyə
görə” Azərbaycan
Respublikası medalının
təsviri
Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Medalın ümumi təsviri
"Döyüşdə fərqlənməyə görə”
Azərbaycan Respublikasının
medalı (bundan sonra – medal) bürüncdən
tökülmüş və
qızıl suyuna çəkilmiş, biri digərindən kiçik
olmaqla, biri digərinin üzərində
yerləşdirilmiş, guşələrinin
araları birləşən
qövsvarı xətlərlə
konturlanmış iki səkkizguşəli ulduz
formalı 42 mm ölçülü
lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində səkkizguşəli
ulduz formalı lövhənin üzərində
xarici və daxili çevrələrlə
konturlanmış dairəvi
lövhə yerləşdirilmişdir.
2.2. Xarici və daxili çevrələrin
arasında yuxarı qövs boyunca
"DÖYÜŞDƏ FƏRQLƏNMƏYƏ
GÖRƏ” sözləri yazılmışdır.
2.3. Daxili çevrənin içərisində yerləşən,
üzəri relyefli xətlərlə işlənmiş
dairəvi lövhənin
mərkəzində ikitərəfli
hamar şüalı səkkizguşəli ulduz
həkk olunmuşdur.
2.4. Lövhənin aşağı
hissəsinin mərkəzində
səkkizguşəli ulduz
vardır. Səkkizguşəli ulduz ilə
"DÖYÜŞDƏ FƏRQLƏNMƏYƏ
GÖRƏ” sözləri arasında
kompozisiyanı tamamlayan
xətlər təsvir
olunmuşdur.
2.5. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
Medalın arxa tərəfi
hamar səthlidir, mərkəzində medalın
seriyası və nömrəsi həkk olunmuşdur.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçülü
beşbucaqlı xara lentə iki halqa və ilgək
vasitəsilə birləşdirilir.
4.2. Qızılı rəngli
xara lentin mərkəzində 5 mm enində
tünd qırmızı
rəngli şaquli zolaq təsvir olunmuşdur. Xara lentin sol və sağ kənarlarından mərkəzə
doğru, biri digərindən 3 mm aralı,
3 mm enində tünd qırmızı və 2,5 mm enində yaşıl rəngli şaquli zolaqlar vardır.
4.3. Xara lentin yuxarı hissəsinə üzərində
milli ornamentlər təsvir olunmuş 40 mm x
5,5 mm ölçülü
lövhə bərkidilmişdir.
4.4. Medala paltarın yaxasına bərkidilmək
üçün elementi
olan, eyni xara lentdən üz çəkilmiş
37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Azərbaycan. - 2020.- 2 dekabr.- S.6.