“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının
medalı haqqında
ƏSASNAMƏ
Azərbaycan Respublikasının
2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
"Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı
ilə Azərbaycan Respublikasının Suqovuşan
kəndinin işğaldan
azad edilməsi uğrunda aparılmış
döyüş əməliyyatlarında
iştirak etmiş Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
hərbi qulluqçuları
təltif edilir.
Maddə 2. Təltif edən orqan
"Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı
ilə bu Əsasnamənin 1-ci maddəsində
göstərilən şəxslər
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə
uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
"Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının
medalı döşün
sol tərəfinə,
Azərbaycan Respublikasının
digər orden və medalları olduqda, "Döyüşdə
fərqlənməyə görə”
medalından sonra taxılır.
Azərbaycan. - 2020.- 2 dekabr.- S.6.