“Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının
medalı haqqında
ƏSASNAMƏ
Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
"Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı
ilə Azərbaycan Respublikasının Cəbrayıl
rayonunun işğaldan
azad edilməsi uğrunda aparılmış
döyüş əməliyyatlarında
iştirak etmiş Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
hərbi qulluqçuları
təltif edilir.
Maddə 2. Təltif edən orqan
"Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı
ilə bu Əsasnamənin 1-ci maddəsində
göstərilən şəxslər
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə
uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
"Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının
medalı döşün
sol tərəfinə,
Azərbaycan Respublikasının
digər orden və medalları olduqda, "Suqovuşanın
azad olunmasına görə” medalından sonra taxılır.
Azərbaycan. - 2020.- 2 dekabr.- S.6.