“Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikası
medalının təsviri
Azərbaycan Respublikasının
2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Medalın ümumi təsviri
"Xocavəndin azad
olunmasına görə”
Azərbaycan Respublikasının
medalı (bundan sonra – medal) bürüncdən
tökülmüş və
qızıl suyuna çəkilmiş, diametri
36 mm olan dairəvi lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfinin kənarları
bəzəkli naxışlarla
konturlanmışdır.
2.2. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış
dairəvi lövhə
təsvir olunmuşdur.
Xarici və daxili çevrələrin arasında,
yuxarı qövs boyunca "XOCAVƏND”, aşağı
qövs boyunca "9
OKTYABR 2020” sözləri yazılmışdır.
2.3. "9
OKTYABR 2020” sözlərindən sol və sağ tərəflərdə, aşağıdan
yuxarıya doğru dəfnə çələngləri
təsvir olunmuşdur.
"XOCAVƏND” sözü
ilə dəfnə çələnglərinin arasında
iki səkkizguşəli
ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin
içərisində, doğan
günəş şüaları
fonunda at belində Azərbaycan Respublikasının
Dövlət Bayrağını
aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.
2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış
lövhənin üzərində
qövs boyunca
"XOCAVƏNDİN AZAD OLUNMASINA GÖRƏ” sözləri
yazılmışdır. Lövhənin aşağı hissəsinin
mərkəzində səkkizguşəli
ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
3.2. Medalın arxa tərəfinin mərkəzində
medalın seriyası və nömrəsi həkk olunmuşdur.
3.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü
beşbucaqlı xara lentə iki halqa və ilgək
vasitəsilə birləşdirilir.
4.2. Xara lentin mərkəzində
10 mm enində qızılı
rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
4.3.
Medala paltarın yaxasına bərkidilmək
üçün elementi
olan, eyni xara lentdən üz çəkilmiş
37 mm x 10 mm ölçülü qəlib
əlavə olunur.
Azərbaycan. - 2020.- 2 dekabr.- S.6.