“Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının
medalı haqqında
ƏSASNAMƏ
Azərbaycan Respublikasının
2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
"Zəngilanın azad
olunmasına görə”
Azərbaycan Respublikasının
medalı ilə Azərbaycan Respublikasının
Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş
əməliyyatlarında iştirak
etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçuları təltif
edilir.
Maddə 2. Təltif edən orqan
"Zəngilanın azad
olunmasına görə”
Azərbaycan Respublikasının
medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən
şəxslər Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 23-cü bəndinə
uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
"Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının
medalı döşün
sol tərəfinə,
Azərbaycan Respublikasının
digər orden və medalları olduqda, "Füzulinin azad olunmasına görə” medalından sonra taxılır.
Azərbaycan. - 2020.- 2 dekabr.- S.6.