“Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının
medalı haqqında
ƏSASNAMƏ
Azərbaycan Respublikasının
2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
"Qubadlının azad
olunmasına görə”
Azərbaycan Respublikasının
medalı ilə Azərbaycan Respublikasının
Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş
əməliyyatlarında iştirak
etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçuları təltif
edilir.
Maddə 2. Təltif edən orqan
"Qubadlının azad
olunmasına görə”
Azərbaycan Respublikasının
medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən
şəxslər Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 23-cü bəndinə
uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
"Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının
medalı döşün
sol tərəfinə,
Azərbaycan Respublikasının
digər orden və medalları olduqda, "Zəngilanın
azad olunmasına görə” medalından sonra taxılır.
Azərbaycan. - 2020.- 2 dekabr.- S.7.