Şuşanın azad olunmasına görəAzərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ

 

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 

 

Maddə 1. Təltif edilən şəxslər

 

"Şuşanın azad olunmasına görəAzərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

 

Maddə 2. Təltif edən orqan

 

"Şuşanın azad olunmasına görəAzərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

 

Maddə 3. Taxılma qaydası

 

"Şuşanın azad olunmasına görəAzərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden medalları olduqda, "Qubadlının azad olunmasına görəmedalından sonra taxılır.

 

 

Azərbaycan. - 2020.- 2 dekabr.- S.7.