“Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikası
medalı haqqında
ƏSASNAMƏ
Azərbaycan Respublikasının 2020-ci
il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
"Ağdamın azad
olunmasına görə”
Azərbaycan Respublikasının
medalı ilə Azərbaycan Respublikasının
Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş
əməliyyatlarında iştirak
etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçuları təltif
edilir.
Maddə 2. Təltif edən orqan
"Ağdamın azad
olunmasına görə”
Azərbaycan Respublikasının
medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən
şəxslər Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 23-cü bəndinə
uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
"Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikasının
medalı döşün
sol tərəfinə,
Azərbaycan Respublikasının
digər orden və medalları olduqda, "Kəlbəcərin
azad olunmasına görə” medalından sonra taxılır.
Azərbaycan. - 2020.- 2 dekabr.- S.7.