Ağdamın azad olunmasına görəAzərbaycan Respublikası medalının təsviri

 

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 

 

Maddə 1. Medalın ümumi təsviri

 

"Ağdamın azad olunmasına görəAzərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

 

2.1. Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır.

 

2.2. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur. Xarici daxili çevrələrin arasında, yuxarı qövs boyunca "AĞDAM”, aşağı qövs boyunca "20 NOYABR 2020” sözləri yazılmışdır.

 

2.3. "20 NOYABR 2020” sözlərindən sol sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. "AĞDAM” sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.

 

2.4. Bütün elementlər yazılar relyefli olaraq qabarıqdır.

 

Maddə 3. Medalın arxa tərəfi

 

3.1. Medalın arxa tərəfində xarici daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca "AĞDAMIN AZAD OLUNMASINA GÖRƏ” sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

 

3.2. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası nömrəsi həkk olunmuşdur.

 

3.3. Bütün elementlər yazılar relyefli olaraq qabarıqdır.

 

Maddə 4. Medalın elementləri

 

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa ilgək vasitəsilə birləşdirilir.

 

4.2. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

 

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

 

 

Azərbaycan. - 2020.- 2 dekabr.- S.7.