Vətən müharibəsi iştirakçısıAzərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ

 

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 

 

Maddə 1. Təltif edilən şəxslər

 

"Vətən müharibəsi iştirakçısıAzərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları mülki işçiləri təltif edilir.

 

Maddə 2. Təltif edən orqan

 

"Vətən müharibəsi iştirakçısıAzərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

 

Maddə 3. Taxılma qaydası

 

"Vətən müharibəsi iştirakçısıAzərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden medalları olduqda, "Laçının azad olunmasına görəmedalından sonra taxılır.

 

 

Azərbaycan. - 2020.- 2 dekabr.- S.7.