“Vətən müharibəsində
arxa cəbhədə
xidmətlərə görə”
Azərbaycan Respublikasının
medalı haqqında
ƏSASNAMƏ
Azərbaycan Respublikasının 2020-ci
il 26 noyabr
tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
"Vətən müharibəsində
arxa cəbhədə
xidmətlərə görə”
Azərbaycan Respublikasının
medalı ilə Azərbaycan Respublikasının
işğal edilmiş
ərazilərinin azad
olunması və dövlət sərhədlərinin
mühafizəsi zamanı
arxa cəbhədə
döyüş təminatı
tapşırıqlarının yerinə yetirilməsində
fərqlənmiş Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin hərbi
qulluqçuları və
mülki işçiləri,
habelə fədakar əməyinə görə
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) əməkdaşları təltif
edilir.
Maddə 2. Təltif edən orqan
"Vətən müharibəsində
arxa cəbhədə
xidmətlərə görə”
Azərbaycan Respublikasının
medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən
şəxslər Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 23-cü bəndinə
uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
"Vətən
müharibəsində arxa
cəbhədə xidmətlərə
görə” Azərbaycan
Respublikasının medalı
döşün sol tərəfinə, Azərbaycan
Respublikasının digər
orden və medalları olduqda, "Vətən müharibəsi
iştirakçısı” medalından sonra taxılır.
Azərbaycan. - 2020.- 2 dekabr.- S.7.