Milli Məclisin deputatları NATO PA-nın Cənubi Qafqazla bağlı keçirilən Rouz-Rout seminarında iştirak ediblər

 

Noyabrın 30-da NATO Parlament Assambleyasının Cənubi Qafqazda vəziyyətə həsr olunmuş Rouz-Rout seminarı keçirilib.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, videokonfrans formatında keçirilən seminarda parlamentin NATO PA-da nümayəndə heyətinin rəhbəri, Müdafiə, təhlükəsizlik korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov əvvəlcə NATO Parlament Assambleyasının prezidenti Gerald Konnolini bu vəzifəyə seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Sonra Ermənistandan olan deputatın çıxışına cavab verən Ziyafət Əsgərov deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi haqqında çıxış edənlər bu münaqişənin beynəlxalq hüquqi aspektləri barədə danışsınlar. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının bu ərazilərin Azərbaycan torpaqları olduğunu göstərən 4 qətnaməsi var. Həm tarixi, həm hüquqi baxımdan bu ərazilər Azərbaycan torpaqlarıdır. Həmçinin Avropa İttifaqı Avropa Şurası (BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi xaricində) bir sıra sənədlər qətnamələr imzalayıb. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının İslam Əməkdaşlıq Təşkilatının da Azərbaycanın ərazi bütövlüyünü birmənalı təsdiq edən müvafiq sənədləri var. “Siz Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu göstərən sənədlər qəbul etmisiniz. Mən soruşuram, 1 milyon mülki vətəndaşımız evlərini tərk etmək məcburiyyətində qalanda Avropa İttifaqı harada idi? Heç kim onlar haqqında düşünmürdü. 30 ildir danışırdıq danışırıq. “Gəlin bunu sülh yolu ilə müzakirə edəkdedik. Ancaq biz torpaqlarımızı Ermənistanın işğalından azad etməyə başlayan kimi hamı birdən danışmağa başladı”, - deyə o bildirib.

Daha sonra Ziyafət Əsgərov vurğulayıb ki, Azərbaycan ərazisinə bir nəfər olsun terrorçu gətirilməyib. Əksinə, Ermənistan Livandan, Yunanıstandan, İraqdan, Fransadan həm erməni, həm qeyri-erməni əsilli terrorçuları cəlb edib. Bununla bağlı sənədlər var bu sənədlər müvafiq təşkilatlara təqdim olunub.

Azərbaycana kömək etdiyinə görə Türkiyəni günahlandırmağa gəlincə, Z.Əsgərov deyib ki, Türkiyə bizi mənəvi siyasi cəhətdən dəstəkləyir. Türkiyə bizim üçün dost qardaş ölkədir, bundan əlavə, Türkiyə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə həm ATƏT-in Minsk qrupunun üzvüdür.

Ermənistan tərəfinin müharibə zamanı mülki insanlara qarşı ballistik raket fosfor bombalarından istifadə etməsi barədə danışan Ziyafət Əsgərov bildirib ki, Ermənistan humanitar normalar da daxil olmaqla bütün müharibə qaydalarını kobud şəkildə pozdu. Dinc şəhərlərimiz atəşə tutuldu, nəticədə qadın uşaqlar da daxil olmaqla, Azərbaycanın 94 mülki vətəndaşı öldürülüb, 400-dən çox mülki insan yaralanıb, 3000-dən çox ev dağıdılıb. Ermənilərin Kəlbəcər, Ağdam Laçın rayonlarını tərk edərkən oradakı bütün evləri, meşələri yandırdıqlarını bildirən Z.Əsgərov deyib: “Biz bunlara necə baxmalıyıq? Bunlar azərbaycanlılar tərəfindən tikilən evlər idi. Bu, müharibə cinayətidir”.

Sonda Z.Əsgərov bildirib ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Müharibədə Azərbaycanın Ali Baş Komandanı başda olmaqla, ordumuz xalqımız qalib gəldi. Biz torpaqlarımızı azad etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbə xalqımızın bütün dünyaya haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu”.

Sonra seminarda bir sıra ölkələrin nümayəndələri ekspertlər çıxış edərək öz fikirlərini bildiriblər. Bununla da NATO Parlament Assambleyasının Cənubi Qafqazda vəziyyətə həsr olunmuş Rouz-Rout seminarı başa çatıb.

 

Azərbaycan. - 2020.- 2 dekabr.- S.8.