Laçın rayonunun
“Azersky” peykindən əldə edilmiş təsviri
Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
və şücaətli
Ordumuz sayəsində
Azərbaycan bayrağı
28 ildən sonra yenidən Laçın rayonunda dalğalanır.
AZƏRTAC
xəbər verir ki, “Azərkosmos” ASC erməni
işğalından azad olunduqdan sonra Laçın rayonunun
“Azersky” peyki vasitəsilə çəkilmiş təsvirlərini
təqdim edib.
Laçın
rayonu mühüm coğrafi mövqeyə malikdir: rayon ötən
illər ərzində Ermənistanı Qarabağdakı
separatçılar ilə birləşdirdiyi üçün
düşmən tərəfdə böyük önəm
daşıyırdı.
Laçında son illər ərzində Ermənistan
tərəfindən qeyri-qanuni
məskunlaşma işləri
aparılıb. Laçın
Tarix Muzeyindən Azərbaycanın mədəni
irsini əks etdirən kolleksiyalar talan edilib. Təbii sərvətlərlə
zəngin Laçın
rayonunda olan Turşsu, Qaladərəsi,
Nağdalı kimi müalicəvi bulaqlar, VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə
aid Məlik Əjdər türbəsi
və digər mədəni abidələrə
qarşı vandalizm əməlləri törədilib.
Bu gün
torpaqlarımızın işğaldan azad olunması ilə
Ordumuz gələcək nəsillərə nümunə olacaq
zəfər çalıb.
Eşq olsun müzəffər Azərbaycan Ordusuna!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Azərbaycan. - 2020.- 2 dekabr.- S.8.