Xalqımız Laçının
işğaldan azad olunmasının sevincini yaşayır
Dekabrın
1-də Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyev Laçının işğaldan azad olunması
müjdəsini verdikdən sonra Bakı şəhərində
avtomobil yürüşü keçirilib və Şəhidlər
xiyabanı ziyarət edilib.
AZƏRTAC xəbər
verir ki, Su İdman Sarayının
yanından start götürən yürüş
iştirakçıları paytaxtın küçə
və prospektləri boyunca hərəkət ediblər. Şəhidlər
xiyabanını ziyarət
edən Bakı sakinləri və laçınlılar Azərbaycanın
müstəqilliyi və
ərazi bütövlüyü
uğrunda canından keçmiş qəhrəman
Vətən övladlarının
xatirəsini ehtiramla anıblar.
Əllərində Azərbaycan, Türkiyə
və Rusiya bayraqları tutan insanlar “Laçın azaddır”, “Biz Laçına qayıdırıq”,
“Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan
Ordusu!”, “Qarabağ Azərbaycandır!” şüarları
səsləndirib, Müzəffər
Ali Baş Komandanın portretini başları üzərinə
qaldırıblar.
Yürüş
iştirakçılarından bir neçəsi sevinc hisslərini
AZƏRTAC-la bölüşüb.
Paytaxt sakini Nicat Məmmədov
deyib: “Müzəffər
Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti,
güclü iradəsi,
qətiyyəti, rəşadətli
Ordumuzun şücaəti,
xalqın öz lideri ətrafında yumruq kimi birləşməsi
Qələbəmizi təmin
etdi. Bu gün Laçın rayonu işğaldan azad olundu. Ali
Baş Komandanımız
ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə
yetirdi. Bu gün tarixi gündür. Xalqımız
dövlətimiz və
ordumuzla qürur duyur, Vətən torpaqları uğrunda canından keçən bütün şəhidlərimizin
xatirəsini ehtiramla yad edir”.
Digər müsahibimiz Muxtar Ələsgərov da Laçının işğaldan
azad edilməsindən
duyduğu sevinc hisslərini dilə gətirib: “Bu gün Laçın bizə qayıtdı, Azərbaycanın ərazi
bütövlüyü bərpa
olundu. Yaşasın Müzəffər Ali Baş komandan İlham Əliyev. Qarabağ Azərbaycandır!”
Paytaxt
sakini Rəşad Əliyev Laçının
işğaldan azad edilməsinin Azərbaycan tarixinin ən parlaq səhifələrindən
biri olduğunu bildirərək ölkəmizin
ərazi bütövlüyünün
bərpasına görə
Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq
hissələrini ifadə
edib.
Həmsöhbət
olduğumuz digər yürüş iştirakçıları
da Laçının
azad olunmasını daha bir zəfər
kimi qiymətləndirib,
Şuşada, Cəbrayılda,
Füzulidə, Zəngilanda,
Qubadlıda, Ağdamda,
Kəlbəcərdə, nəhayət,
Azərbaycanın dilbər
guşələrindən biri
olan Laçında
üçrəngli bayrağımızın
dalğalanmasından keçirdikləri
qürur hissələrini
dilə gətiriblər.
Azərbaycan.- 2020.- 2 dekabr.- S.8.