Koronavirusdan qorunmaq taleyüklü məsələdir

 

 

Azərbaycan dövləti kimi, xalqımız da bu bəşəri bəladan xilas olmaq üçün güc birliyini əsirgəməməlidir

 

 

Təxminən ötən ilin bu vaxtlarından başlayaraq bəşəriyyət gözə görünməyən düşmənlə üz-üzədir. Erməni separatizmi bir yandan, koronavirus isə digər yandan insanların dinc yaşayışına sadəcə əngəl olmadı, həm onunla ciddi şəkildə mübarizəyə vadar etdi. Erməni vandalizmi ilə mübarizə özünün yeni mərhələsinə keçdikdən sonra xalqımızın Azərbaycan dövlətinin inamlı qətiyyətli addımları ilə düşmən məğlub edildi.

Dünyanı çənginə alan koronavirus pandemiyası (COVID-19) isə can almaqda davam edir. Düzdür, daha təhlükəli həddə çatmaması üçün ölkəmizdə bu ilin əvvəlindən başlanılan mübarizə - profilaktik, qabaqlayıcı tədbirlər effektivliyini göstərdi. Fevral ayının sonlarından başlayan mübarizə ilin yaz-yay aylarında özünün müsbət təsirini təsdiqlədi: yoluxma ölənlərin sayında azalmalar hər gün müşahidə olundu. Əlbəttə, bu, dövlət səviyyəsində həyata keçirilən səmərəli tədbirlərin nəticəsi idi.

Lakin sonrakı dövrdə pandemiyanın yeni, daha güclü gözlənilən dalğasına əhalinin laqeyd münasibəti özünü çox gözlətmədi. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın qəbul etdiyi qərarlar, edilən tövsiyələr, nəhayət, zəruri qadağalar birdən-birə sanki arxa plana keçirildi. Pandemiyanın dünyada yayıldığı ilk vaxtlarda Azərbaycan nəinki yerləşdiyi regionda, hətta Avropada nümunə göstərilsə , son günlərin rəqəmləri vəziyyətin heç ürəkaçan olmadlğını təsdiqlədi: yoluxmaların hətta dördrəqəmlini keçmək həddi, ölümlərin sayının buna müvafiq artması ciddi narahatlıq yaratmaya bilməzdi. Buna görə əlaqədar təşkilatlar, o cümlədən daxili işlər orqanları əməkdaşları ciddi karantin rejiminin bərpası haqqında düşünməyə çağırdı. Artıq müəyyən tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin son məlumatlarından bəlli olur ki, noyabrın 30-da keçirilən tədbirlər nəticəsində yaşayış yerini tərk edən 28 nəfərin yeri müəyyən edilərək saxlanılıb. Onlardan 26-sı evə qaytarılıb, 2 aktiv xəstə isə xəstəxanaya yerləşdirilib. Həmin xəstələrin 19-u barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Belə tədbirlər pandemiyanın daha geniş yayılmasının qarşısının alınmasına xidmət edir. Bunun üçün, ilk növbədə, vətəndaşların məsələyə daha ciddi yanaşması tələb olunur. Çünki hələ koronavirus əleyhinə peyvəndin tapılması istehsalına başlanması haqqında ürəkaçan məlumat yoxdur.

Düzdür, ABŞ-ın biotexnologiya şirkəti "Moderna”dan bildirilib ki, ABŞ Avropada istehsal olunan COVID-19 əleyhinə peyvəndlərin təcili istifadəsi üçün müraciət edəcəklər. Çünki sonuncu dəfə aparılan test nəticəsində peyvənd koronavirusa qarşı 94 faiz təsirli olub. Bildirilib ki, şirkət peyvənddən təcili istifadə üçün ABŞ-ın Qida məhsulları tibbi preparatların keyfiyyətinə nəzarət üzrə idarəsinə müraciət edəcək Avropa Birliyindən şərti təsdiq almaq üçün lazımi prosedurları yerinə yetirəcək.

"Peyvəndin epidemiyanın gedişatını dəyişdirə biləcəyinə inanırıq. Ağır xəstəliklərin ölüm faktlarının azalacağına ümid edirik”, - deyə şirkətdən bildirilib.

Bunlarla yanaşı, ABŞ-ın Merilend Universitetinin Yoluxucu Xəstəliklər Klinikasının rəhbəri Fəridə Sultan Məhəmmədi bildirir ki, koronavirus ilə aylarla ya illərlə yaşaya bilərik: " inkar edək, çaxnaşma yaradaq. Həyatımızı boşa verməyək. Gəlin bu həqiqətlə yaşamağı öyrənək: maska taxmaq, tez-tez əl yumaq iki metrlik fiziki məsafə qorunmağın ən yaxşı yoludur. Evdə ürək-damar xəstəliyiniz yoxdursa, artıq ev səthlərini dezinfeksiya etməyin. Əllərinizi sadəcə tər-təmiz yuyun həmişəki kimi yaşayın”.

Həkim qeyd edir ki, koronavirus qida yoluxucu xəstəlik deyil. Xəstəlik qrip kimi bir damla infeksiya ilə əlaqələndirilir. Yemək sifariş edərkən mütləq korona axıdılması riski yoxdur. Bir çox allergiya viral infeksiya ilə qoxu hissinizi itirə bilərsiniz. Bu, yalnız koronavirusun spesifik olmayan bir simptomudur.

Evə çatdıqda dərhal duş qəbul etməyiniz lazım deyil.

Bu, yaxın təmas tələb edən bir tənəffüs damlası infeksiyasıdır.

"Fiziki məsafənizi qoruyaraq parklarda yaxşı vaxt keçirə bilərsiniz”, - deyə həkim əlavə edir ki, koronavirusa qarşı antibakterial deyil, adi sabundan istifadə etmək kifayətdir. Bu, bir bakteriyadır, virusdur: "Yemək sifarişlərindən narahat olmağınıza ehtiyac yoxdur. Ancaq istəsəniz, mikrodalğalı sobada istiləşdirə bilərsiniz. Lakin koronavirusu ayaqqabılarınızla evə gətirmə şansınız gündə iki dəfə ildırım vurması kimidir! 20 ildir viruslara qarşı işləyirəm. Təcrübəmə əsaslanıb deyə bilərəm ki, sirkə, qamış şəkəri zəncəfil istehlak edərək özünüzü virusdan qoruya bilməzsiniz! Bu, müalicə deyil, toxunulmazlıq üçündür”.

Mütəxəssislərin fikrincə, əlcək geymək vacib deyil. Virus əlcəklərlə yığıla bilər üzə toxunaraq asanlıqla yayılar. Steril bir mühitə davamlı məruz qalmaq təhlükəsizliyi azaldır. İmmuniteti artıran qidalar qəbul etsəniz, bunun səmərəsi olar. Evdə oturub qızardılmış, ədviyyatlı, şirin yeməklər içkilər yeməsəniz, ancaq patogenlərlə təmasda olsanız, bədənin toxunulmazlığı artır.

Həkim onu da bildirir ki, təcrid olunmuş xəstəxanalarda istifadə olunan dərmanlar əsasən bunlardır: Vitamin C 1000, vitamin E. Gündüz saat 10-11 radələrində 15-20 dəqiqə günəşdə oturun. Gündə bir yumurta yeyin. Yaxşıca istirahət edin: ən azı 7-8 saat yatın. Gündə 1,5 litr su için, bütün yeməklər isti olmalıdır.

Virusdan qurtarmaq üçün qida istehlak etməlisiniz: yaşıl limon, sarı limon, avokado, sarımsaq, mango, mandarin, ananas, portağal...

Koronavirus əlamətlərinə gəlincə, bunlara diqqət ayırmaq lazımdır: boğazda qaşınma, quru öskürək, yüksək temperatur, nəfəs darlığı, qoxu itkisi. Əgər bunlar varsa, hökmən həkimə müraciət etmək lazımdır. Bu, ilkin əlamətlər olduğu üçün müalicəsi adi qrip kimi, yüngül olur. Onu da unutmayaq ki, isti su ilə limon virusu ağciyərə çatmadan öldürür.

Koronavirusdan qorunmaq həm maddi, həm mənəvi məsələdir. Azərbaycan dövləti kimi, xalqımız da bu bəşəri bəladan xilas olmaqda nümunə göstərməlidir. Özümüzü özümüzünküləri, bütövlükdə isə xalqımızı dövlətimizi qorumaq hər birimizin borcudur, bu isə öz əlimizdədir - məsuliyyətli olmağımızla...

 

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2020.-2 dekabr.- S.9.