Baş infeksionist: “Yoluxanların əksər hissəsi xəstəliyi simptomsuz, yüngül orta ağır keçirir

 

 

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların 20 faizi xəstəliyi ağır, 5 faizi kritik, əksər hissəsi isə simptomsuz, yüngül orta ağır keçirirlər. Xəstələrin 1,3 faizində ölüm halları müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionist xəstəliyin yayılma səbəbləri barədə deyib: "Kəskin respirator virus infeksiyası fəsillə əlaqədardır, soyuq hava şəraitində, xüsusilə payız-qış aylarında ona yoluxanların sayında artım baş verir. Yeni növ koronavirus infeksiyasının Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən martda elan olunduğunu nəzərə alsaq, onun yayılmasının bir ili tamam olmayıb. Ona görə xəstəliyin mövsümi xarakter daşıyıb-daşımadığını demək hələ tezdir. Bunun üçün müəyyən vaxt ötəndən sonra aparılan araşdırmalar nəticəsində müəyyən qənaətə gəlmək olar. Havalar soyuyanda insanlar daha çox qapalı məkanlarda toplaşırlar. Təbii ki, belə şəraitdə daha çox təmaslar olur, həmin məkanlarda havalandırma olmur, nəfəsliklər açılmır. Bu səbəblər infeksiyanın artmasında başlıca rol oynayır”.

Orqanizmin normal fəaliyyəti maddələr mübadiləsinin gedişi üçün müxtəlif miqdarda vitamin minerallar tələb olunur. Onların çatışmadığı təqdirdə orqanizm normal fəaliyyət göstərə bilməz. Baş infeksionist bununla əlaqədar deyib: "Həkimlər daha çox balanslaşdırılmış miqdarda olan polivitaminlərin qəbul edilməsini üstün tuturlar. Xəstələrin iki halda onu qəbul etməsi məsləhət bilinir. Birincisi, xarici səbəblərdir, məsələn, deyək ki, qış fəslidir xəstənin həmin vitaminlərlə qidalanmaq imkanı yoxdursa yaxud xəstə meyvə-tərəvəzlə qidalanmağı xoşlamırsa, həmin halda məsləhət görürük. İkincisi, daxili səbəblərdir, yəni kifayət qədər vitamin qəbul olunur, amma orqanizmdə mənimsənilmir. Bu, əsasən mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri zamanı baş verir. Bağırsaqda müəyyən mikroflora var onun pozulması bir sıra vitaminlərin sintezində problemlər yaradır. Antibiotiklərin nizamsız qeyri-düzgün istifadəsi mikrofloranı zədələyir mübadilə prosesinin pozulmasına səbəb olur. Belə xəstəliklər olanda xəstəyə daha artıq miqdarda vitamin vurulur ki, onların sorulmasına kömək etsin.

İmmunitet sistemi ilboyu eyni qüvvədə qalmır. Yaz payız aylarında xroniki xəstəliklərin kəskinləşdiyi bir faktdır bu, həm immun sistemindəki dəyişikliklərlə əlaqədardır. İmmun sisteminin qidalanma ilə tənzimlənməsi düzgün yoldur, çünki möhkəm immunitet sistemi xarici patogenlərlə mübarizədə daha yaxşı reaksiya göstərir yoluxma sayının azalmasında rol oynaya bilər. Lakin yalnız bu faktorla məsələ həll olunmur, digər faktorlar da var. İmmunitetin möhkəm olması üçün qidalanmadan başqa stressdən uzaq olmaq, normal yuxu fiziki aktivlik əsas şərtdir. Bunlar kompleks halda immuniteti yüksəldə bilər, yəni immunitet qədər adekvatdırsa, yoluxma sayı da o qədər azala bilər”.

 

 

Azərbaycan. - 2020.-2 dekabr.- S.9.