Masallıda pandemiyadan zərər çəkmiş
qadın sahibkarlara dəstək göstərilib
Masallı rayonunda pandemiyadan zərər çəkmiş
10 qadın sahibkara öz bizneslərinin inkişaf etdirilməsi və bu istiqamətdə
əlavə gəlirlərin
əldə edilməsini
stimullaşdırmaq məqsədilə
dəstək göstərilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının maliyyə yardımı,
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı,
"Masallıda Qadınların Sosial İnkişafına Dəstək”
İctimai Birliyinin icra etdiyi "COVID-19 pandemiyasından zərər
çəkmiş qadın sahibkarlar üçün
"Biznesin Təkmilləşdirilməsi” üzrə təlimlərin
təşkili” layihəsi çərçivəsində
pandemiyadan zərər çəkmiş sahibkar qadınlara zəruri
avadanlıq və alətlər verilib.
Rayonda dərziçilik,
arıçılıq, quşçuluq, süd məhsullarının
istehsalı, konservləşdirmə və un məmulatlarının
istehsalı ilə məşğul olan qadın sahibkarlara
avadanlıq və alətlər birliyin sədri Nərgiz
Muxtarovanın iştirakı ilə yaşadıqları
ünvanlarda təqdim edilib.
Layihə
çərçivəsində ilk olaraq 25 nəfər qadın
sahibkar seçilib, onlar üçün üç gün ərzində
"Zoom” platforması vasitəsilə biznesi təkmilləşdirməyə
yönəlmiş distant təlimlər təşkil edilib.
Distant təlimlərdən
sonra müraciət edənlər arasında pandemiyadan zərərçəkən,
gəlirləri azalmış, layihə kriteriyalarına
uyğun 10 qadın sahibkar seçilərək onlara dəstək
göstərilib.
Qeyd
edək ki, layihənin məqsədi qısa zaman ərzində COVID-19 pandemiyasından
zərər çəkmiş
qadın sahibkarların
iqtisadi biliklərinin artırılması, onların
bizneslərinin təkmilləşməsinə
nail olmaq və stimullaşdırıcı
tədbirlər həyata
keçirməkdir.
Azərbaycan. - 2020.-2 dekabr.- S.9.