İtkin düşmüş
hesab olunan hərbi qulluqçularımızın
taleyinin müəyyənləşdirilməsi
üçün BQXK və
Rusiya sülhməramlılarının
komandanlığı ilə
təmaslar davam etdirilir
Azərbaycan
Respublikasının Prezidenti,
Rusiya Federasiyasının
Prezidenti və Ermənistan Respublikasının
baş nazirinin noyabrın 10-da imzaladıqları
üçtərəfli Bəyanatdan
irəli gələn vəzifələrdən biri
humanitar məqsədlərlə
əsir və girovların, cəsədlərin
dəyişdirilməsinin təmin
olunmasıdır.
Azərbaycan
Respublikasının Əsir
və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasından
AZƏRTAC-a bildiriblər ki,
Azərbaycan Respublikası
beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və
humanizm prinsiplərinə
sadiqdir. Ermənistandan fərqli olaraq,
Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri
və döyüş
bölgəsindən təxliyə
olunmuş mülki şəxslər Cenevrə
konvensiyalarının tələblərinə
əsasən, dərhal
döyüş bölgəsindən
çıxarılaraq internə
edilmiş, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları
tam təmin olunub.
Azərbaycan
tərəfi əsir düşmüş erməni hərbçiləri
barədə məlumatları müntəzəm qaydada Beynəlxalq
Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya
Federasiyası sülhməramlı qüvvələrinin
komandanlığına təqdim etmiş, BQXK nümayəndələrinin
onlara baş çəkmələrinə hərtərəfli
şərait yaratmış, bəzi əsirlərin öz
valideynləri ilə telefon əlaqəsi saxlamalarını təşkil
edib.
Erməni
sosial media resurslarında məqsədyönlü
şəkildə, guya
Azərbaycan Respublikasının
qələbə münasibətilə
keçirəcəyi hərbi
paradda erməni əsirlərinin nümayiş
etdiriləcəyi, onlarla
qeyri-insani rəftar edilməsi ilə bağlı yalan xəbərlər yayılmaqdadır.
Əsassız və həqiqətəuyğun olmayan belə məlumatları qəti şəkildə rədd edirik. Bildiririk ki, hərbi əsirləri nümayiş
etdirmək, onları aşağılamaq Azərbaycan
xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil.
Ermənistan
beynəlxalq humanitar hüquq normalarının,
insan hüquqlarının,
həmçinin özünün
də qoşulduğu
Cenevrə konvensiyalarının
öhdəliklərinə məhəl
qoymayaraq Birinci Qarabağ müharibəsində
olduğu kimi azərbaycanlı əsirləri
beynəlxalq təşkilatlardan
gizlətmək yolunu tutur, onlar haqqında vaxtında məlumat vermir, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmir. Bununla bağlı erməni hərbçilərinin özlərinin
qeydə aldıqları
təkzibolunmaz videomateriallar
və fotolar da mövcuddur.
“Eyni zamanda, erməni hərbçilərinin əsir
düşmələrinin əsas
səbəbinin Ermənistanın
yeritdiyi təcavüz
və işğalçılıq
siyasəti olduğunu
bir daha vurğulamaqla erməni analarına müraciət
edərək, övladlarının
qaytarılması ilə
bağlı problemin başlıca günahkarının Ermənistan rəhbərliyinin
nümayiş etdirdiyi
qeyri-konstruktiv mövqe
olduğunu bildiririk.
Azərbaycan
Respublikası “hamının hamıya” prinsipi ilə
bütün əsir və girovların
qarşılıqlı şəkildə dəyişdirilməsinin
tərəfdarıdır.
İtkin
düşmüş hesab olunan hərbi
qulluqçularımızın taleyinin müəyyənləşdirilməsi
üçün BQXK və Rusiya Federasiyası sülhməramlı
qüvvələrinin komandanlığı ilə təmaslar
davam etdirilir.
Vətəndaşların
müraciət etmələri
üçün Azərbaycan
Respublikası Əsir
və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
“www.human.gov.az” rəsmi internet
səhifəsi, (+994 12) 405-71-61 telefon əlaqə və (+994 12) 8161 “qaynar xətt” nömrələri fəaliyyət göstərir”,
- deyə Dövlət
Komissiyasının məlumatında
qeyd olunub.
Azərbaycan. - 2020.-2 dekabr.- S.11.