Gəncə məktəblisi informatika fənni üzrə beynəlxalq yarışda bürünc
medal qazandı
"Azercell”in dəstəyilə
hazırlıq keçən
Azərbaycan komandası
uğurlu nəticələr
nümayiş etdirir
Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci Beynəlxalq
payız turniri baş tutub. Onlayn formatda keçirilən yarışda
17 ölkədən 403 iştirakçı
öz biliyini sınayıb. Fəxrlə
qeyd edək ki, artıq ikinci dəfədir sözügedən yarışda
iştirak edən məktəblilərimiz uğurlu
nəticə əldə
edirlər. Belə ki, "Azercell”in dəstəyilə turnirə
hazırlaşan Gəncə
şəhəri, M. Əzizbəyov
adına 15 nömrəli
tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb!
Xatırladaq
ki, Əziz Hüseynov iki ay öncə Sinqapurda keçirilən
32-ci Beynəlxalq İnformatika Olimpiadasında, həm də
İndoneziyada təşkil olunan Asiya Pasifik İnformatika
Olimpiadasında da bürünc medal əldə edib.
"Azercell
Telekom” 2017-ci ildən
etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin
fəaliyyətinə dəstək
verir. İndiyədək
mərkəzdə keçirilən
məşğələlərə Azərbaycanın müxtəlif
bölgələrindən və
paytaxt məktəblərindən
300-dən
çox şagird cəlb edilib. Məqsəd - istedadlı
şagirdlərin aşkar
edilməsi, Azərbaycan
məktəblilərinin iştirak
etdikləri beynəlxalq
fənn olimpiadalarında
nailiyyətlərin artırılmasıdır.
Burada yerli və xarici ali məktəblərin, həmçinin Azərbaycan
Milli Elmlər Akademiyasının tanınmış
alimləri və qabaqcıl müəllimləri
5 fənn üzrə hazırlıq keçirlər.
Mərkəzdə məşğələ
keçən Azərbaycan
məktəbliləri hər
il 15-ə yaxın müxtəlif beynəlxalq
olimpiada və müsabiqədə iştirak
edirlər.
"Azercell”
şirkəti daim ölkəmizdə informasiya
texnologiyaları sahəsində
təhsil, yüksəkixtisaslı
kadrların yetişdirilməsi
məqsədilə təşkil
edilən layihələrə
dəstək olur. Şirkət ötən il Bakıda keçirilən 31-ci Beynəlxalq
İnformatika Olimpiadasında
istedadların Rəqəmsal
Sponsoru qismində çıxış edib.
Ölkənin lider mobil operatoru
"Azercell” informatika
sahəsi üzrə istedadlı şagirdlərin
aşkar edilməsi, onların öz elmi potensiallarını inkişaf etdirməsi üçün dəstəklənməsi
istiqamətində fəaliyyətini
gələcəkdə də
davam etdirəcək.
Azərbaycan. - 2020.-2 dekabr.- S.11.