İLHAM ƏLİYEV dərsləri

 

 

Birinci Qarabağ müharibəsi qurtarandan 27 il sonra - 27 sentyabr 2020-ci ildən başlayan İkinci Qarabağ müharibəsi ilə Ali Baş Komandan İlham Əliyev Ermənistana onun havadarlarına mükəmməl bir dərs verdi:

 

* Yeni nümunədə yeni tipli müharibə dərsi!

 

* Düşməni işğal etdiyi ərazilərdən sürətlə qovmaq dərsi!

 

* Ali diplomatiya dərsi!

 

* Dünya KİV-ində düşməni ifşa dərsi!

 

* Dost qazanmaq, dostluq etmək dost köməyindən istifadə dərsi!

 

* Ədalət uğrunda vuruşarkən ədalətsiz tərəfə kömək göstərənlərə ədalət dərsi!

 

* Vətəni əməldə sevmək dərsi!

 

* Xalqın məhəbbət dəstəyini qazanmaq dərsi!

 

* Ordunu sevmək, idarə etmək, şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratmaq dərsi!

 

* Şəhidlərə hörmət ehtiram göstərmək, xatirələrini əziz tutmaq dərsi!

 

* İqtidarla xalqın yumruq kimi birliyini necə yaratmaq dərsi!

 

Bütün dünya böyük auditoriya qarşısında aşkarlıq şəraitində verilən bu dərsləri gördü ağlı olanlar özləri üçün müəyyən nəticələr çıxardı.

 

***

 

Hərbi əməliyyatlar davam edən dövrdə İlham Əliyevin etdiklərindən dediklərindən Azərbaycan vətəndaşları da çox mətləbləri anladılar mənimsədilər.

 

Prezidentimizin dərsləri bizə nələr öyrətdi?

 

İlham Əliyev ən əvvəl vətəni necə sevməyin nümunəsini ortaya qoydu!

 

Bəli, Vətəni hamı sevir!

 

Amma bu sevgi təkcə sözlə bitməməlidir!

 

Vətəni səmimi məhəbbətlə sevmək, lazımi məqamda onun yolunda fədakarlıq göstərməyi bacarmaq da vacibdir!

 

Əslində İlham Əliyev vətən sevgisini bizə öz nümunəsi ilə öyrətdi!

 

***

 

Üçrəngli bayrağımız bizim üçün qürur mənbəyidir.

 

Bu bayraq həm müstəqilliyimizin rəmzidir.

 

Hər bir dövlət, hər bir vətəndaş öz bayrağı ilə qürur duyur!

 

O cümlədən biz azərbaycanlılar!

 

Ali Baş Komandanımız İlham Əliyev işğaldan azad etdiyi yaşayış məntəqələrində üçrəngli bayrağımızı yüksəltməklə onu bizə daha da çox sevdirdi!

 

Bayrağımızı qalib xalqın bayrağına çevirdi!

 

***

 

Azərbaycanın haqq mübarizəsində, doğma torpaqlarını işğaldan azad etmək uğrunda müharibədə türk qardaşlarımız daim bizim yanımızdadırlar, lazımi dəstək verirlər.

 

Bu gün Azərbaycan bayrağı ilə Türkiyə bayrağı şəhər kəndlərimizdə, yaşayış məntəqələrində, yürüşə çıxan vətən övladlarının əllərində qoşa tutulur, paytaxtdakı binaların üzərində, balkonlarda qoşa dalğalanır.

 

Türkiyə Cümhuriyyətində eyni vəziyyətin şahidiyik!

 

Dünyanın müxtəlif ölkələrində erməni vandalizminə terroruna qarşı keçirilən etiraz aksiyalarında da qardaşlarımız bayraqlarımızla daim yanaşıyıq.

 

Bu qardaşlığın, bu sevginin, bayraqlarımızın qoşa dalğalanmasının yaradıcısı da İlham Əliyevdir!

 

***

 

Vətən müharibəsinin gedişində Prezidentimizdə bir sıra yeni keyfiyyətlər kəşf etdik!

 

Rəhbərə məxsus bir çox mənəvi dəyərlərin dərinliyinin zənginliyinin şahidinə çevrildik.

 

İlham Əliyev, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyeva heç zaman dara düşmüş insanları - istər təbii fəlakət nəticəsində, istər xain düşmənin terror əməlləri nəticəsində - ev-eşiklərini itirənləri, yaralananları, şəhid ailələrini köməksiz qoymurlar.

 

Müharibə əlilləri daim diqqət mərkəzindədir, onlara minik avtomobilləri, dövlət hesabına tikilib təmir olunan mənzillər verilir.

 

Şəhidlərin dəfni xüsusi hörmət ehtiramla keçirilir, şəhid ailələri daim qayğı əhatəsində saxlanılır.

 

Hər bir müharibə yeni şəhid qazi deməkdir!

 

Qədirbilən xalqımız torpaqların azadlığı uğrunda vuruşanları, şəhidləri qaziləri heç zaman unutmur, şəhidlərin xatirəsinə, müharibə qazilərinə ehtiramla yanaşır.

 

İlham Əliyev həm bu nümunəvi münasibəti ehtiramla davam etdirəndir.

 

***

 

Bəşəriyyət yarandığı gündən haqq ədalət uğrunda mübarizə aparır!

 

Amma heç həmişə ədalətə nail olmaq, haqqa sahib çıxmaq mümkün olmur!

 

Bunun üçün təkcə ağıllı yox, həm güclü olmaq gərəkdir!

 

İlham Əliyev ədalətsiz dünyada ədalətə nail olmağın yolunu göstərdi!

 

Həm əyani şəkildə!

 

Xalqla iqtidarın birliyi formasında!

 

Dünyanın təsir təzyiq cəhdlərinə sinə gərməyin mümkünlüyünü meydana qoydu!

 

Təkcə döyüş meydanında yox, informasiya cəbhəsində yorulmadan çarpışdı, Azərbaycana qarşı illər boyu davam edən ədalətsizliyin mahiyyətini açaraq, kökünü, səbəblərini ifşa etdi!

 

Bu sahədə düşməni məğlubiyyətə uğratdı!

 

***

 

Artıq dünya erməniliyi dünyanın bəlasına çevrilib!

 

Maliyyələri, mütəşəkkillikləri ilə yaşadıqları ölkələrin siyasətinə, hətta prezidentlərinin mövqeyinə belə təsir göstərirlər!

 

BMT-nin daimi üzvləri olan Minsk qrupunun həmsədr dövlətlərinin başçıları belə seçkilər dövründə erməni diasporu ilə hesablaşmağa, onların istəklərinə əməl etməyə çalışırlar.

 

İlham Əliyev dünya erməniliyinə necə qalib gəlməyin yollarını göstərdi:

 

* Həm torpaq uğrunda sonadək döyüşməklə;

 

* Həm diplomatik cəbhədə çarpışmaqla;

 

* Həm düşmənin alçaq xislətini, terrorçu mahiyyətini - dinc əhalini, qadın uşaqları Gəncədə, Bərdədə, Tərtərdə hədəfə çevirərək qadağan olunmuş silah-sursatla qətlə yetirməsini ifşa etməklə;

 

İlham Əliyev dünyanın hesablaşdığı ermənilərə elə bir dərs verdi ki, onlar Ali Baş Komandanımızla hesablaşmağa məcbur oldular!

 

***

 

Müharibənin davam etdiyi dövrdə

 

İlham Əliyev dəfələrlə xalqa müraciət etdi, hadisələr barədə doğru, düzgün ətraflı məlumat verdi.

 

Həmişə düz danışdı, olanı söylədi!

 

Açıq danışdı, öz xalqından heç nəyi gizlətmədi!

 

Səmimi danışdı: uğuru da, çətinlikləri ölkə vətəndaşları ilə açıq şəkildə bölüşdü.

 

Bəzən hisslərini gizlətmədi, emosiyalara yol verdi - lazımi ölçü-biçidə!

 

Xalq daim qələbə xəbərini Ali Baş Komandanının özündən eşitdi!

 

Ölkə vətəndaşları bu açıq, təmiz müra

 

ciətlərinə, parlaq emosiyalı çıxışlarına görə rəhbərini bir daha qəlbən sevdi, səmimiyyətinə heyran oldu!

 

Bu da bir dərsdir!

 

Xalqa hər şeyi olduğu kimi çatdırmaq, uğur qələbələrlə bərabər, mövcud olanları da birgə müzakirə edib, bölüşə bilmək dərsi!

 

***

 

İkinci Qarabağ müharibəsini zəfərlə başa çatdıran İlham Əliyev xalqı müqəddəs arzu istəyinə necə qovuşdurmağın nümunəsini göstərdi!

 

Arxalı düşmənlə cəngə başlayarkən xalqı möhkəm birliyə, qüvvələri səfərbərliyə almağa səslədi!

 

Bu çağırış dərhal böyük əks-səda doğurdu.

 

Ölkədə fəaliyyət göstərən bütün müxalif partiyalar Ali Baş Komandanı dəstəklədiklərini rəsmən bəyan etdilər!

 

Xalq rəhbər ətrafında yumruq kimi birləşdi!

 

Ölkə bir nəbzlə döyünməyə başladı!

 

İlham Əliyev milli birliyə nail olmağın ən gözəl yolunu da göstərdi!

 

Şübhə yoxdur ki, bu birlik bundan sonra heç zaman pozulmayacaq, işğaldan azad olunmuş ərazilərin bərpa edilməsində, insanların doğma yurd-yuvalarına tezliklə qayıdaraq rahat yaşamalarında, viran qoyulmuş torpaqların laləzara çevrilməsində, müstəqil Azərbaycanın daha da qüdrətlənməsində başlıca stimullardan biri olacaqdır!

 

***

 

İlham Əliyev ağlayan Azərbaycanı güldürdü!

 

İlham Əliyev gülən Ermənistanı ağlatdı!

 

İlham Əliyev Dövlət bayrağımızı qalib xalqın bayrağına çevirdi!

 

İlham Əliyev məğlub Azərbaycan Ordusunu qalib orduya, dünyada yeni müharibə nümunəsini yaradan orduya çevirdi!

 

İlham Əliyev Azərbaycanı qalib dövlətə, Cənubi Qafqazda söz sahibinə, dünyada yüksək nüfuzu müsbət imici olan dövlətə çevirdi!

 

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan. - 2020.-3 dekabr.- S.1.