Düşmənin başını əzən dəmir yumruq

 

 

İlham Əliyevin yenilməz qətiyyəti, Ordumuzun gücü xalqımızın öz rəhbəri ətrafında səfərbərliyi Vətən müharibəsində Azərbaycanın Qələbəsini təmin etdi

 

 

İkinci Qarabağ müharibəsində Ermənistanın imzalamağa məcbur edildiyi kapitulyasiya aktının daha bir bəndi icra olundu: Azərbaycan Ordusunun 44 günlük müharibədəki şanlı qələbəsinin yekunu olaraq Ağdam Kəlbəcərdən sonra Laçın rayonu da işğaldan azad edildi. 1992-ci ildə Azərbaycandakı daxili siyasi çəkişmələr nəticəsində işğal olunmuş Laçında artıq üçrəngli bayrağımız dalğalanır.

 

 

Ermənistan rəzil vəziyyətə salındı

 

Dünən xalqa müraciət edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandıraraq bildirib: "Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Laçının azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Bununla həm danışıqlar prosesinin ilk prinsipi olan mərhələlərlə 7 rayonun respublikamıza qaytarılması məsələsi öz tarixi həllini tapdı. Lakin məsələ ondadır ki, bu rayonlar danışıqlar prosesi yolu ilə azad olunmadı.

28 il davam edən proses Ermənistanın təcavüzkar siyasətindən əl çəkmək istəməməsi həmsədrlərin işğalçıya qol-qanad verən mövqeyi ucbatından nəticəsiz qalmışdı. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığı, beynəlxalq hüququn bütün normalarının respublikamızın tərəfində olduğu halda 28 ildə problemin həllində iştirak edən vasitəçilər qətiyyət nümayiş etdirməkdən uzaq oldular, işğalçını heç vaxt öz adı ilə çağırmadılar, ikili standartlardan çıxış etdilər.

Lakin Prezident İlham Əliyev göstərdi ki, təəssübkeşlərinə, havadarlarına, dünya erməniliyinə arxalanaraq işğal siyasətindən əl çəkməyən Ermənistanı nəinki güc yolu ram etmək, hətta onu yumruqla əzərək rəzil vəziyyətə salmaq da mümkündür. Azərbaycanın yumruğu isə dəmir yumruq idi. Bu dəmir yumruq sentyabın 27-dən, elə savaşın ilk günlərindən düşmənin başını qətiyyətlə əzdi.

 

 

Dünyanı heyrətləndirən hücum əməliyyatları qəhrəmanlıq nümunələri

 

 

Vətən müharibəsində cəmi bir neçə həftə ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Xocalı, Xocavənd, Laçın Tərtər rayonlarının kəndləri işğaldan azad edildi. Amma Ermənistanın cəbhə xəttində yaratdığı müdafiə istehkamlarını, ağır zərbəyə davamlı beton örtüklərlə möhkəmləndirdiyi səngərləri yarmaq o qədər asan deyilmiş. Digər tərəfdən məlum oldu ki, işğalçı bu cür müdafiə sistemini bütün cəbhəboyu bir neçə mərhələdə yaradıbmış. Üstəlik, Ermənistan qoşunlarının mövqelərinin əsasən yüksəkliklərdə yerləşdiyindən ərazinin relyefi təbii istehkam rolunu oynayırdı.

 

Hərbi əməliyyatlar başa çatdıqdan sonra vəziyyəti dəyərləndirən ekspertlərin fikrincə, bu cür möhkəmləndirilmiş mövqeləri yarmaq üçün uzun müddət tələb olunub. Digər tərəfdən, mütəxəssislər belə ön xətt mövqelərinin yarılması zamanı çoxsaylı insan itkisini istisna etmirdilər. Lakin görünən odur ki, Azərbaycan Ordusu elə müharibənin ilk günlərindən gücü döyüş imkanları ilə bütün bu yanaşmaları alt-üst etdi. Belə ki, döyüşlərin artıq üçüncü həftəsində Azərbaycan Ordusu Füzulidən Ermənistanla dövlət sərhədinə qədər irəliləyərək böyük bir ərazini işğaldan azad etdi.

Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsində Azərbaycan Ordusunun ən möhtəşəm zəfəri oldu. Şuşanın alınması elə bir unikal əməliyyat oldu ki, hərb elmi həmişə bunu öyrənəcək, araşdıracaq. Bu şəhərin 1992-ci ildə işğalı Azərbaycandakı daxili siyasi ziddiyyətlərin nəticəsi idi. O zaman Ermənistan sadəcə texniki üstünlüyünə görə Şuşanı işğal edə bilmişdi. 44 günlük müharibənin 42-ci günündə Azərbaycan Ordusu milli mədəniyyətimizin ünvanı, musiqimizin beşiyi olan Şuşanı azad etdi. Həmin günlərdə Ermənistan Şuşanın müdafiəsini daha da möhkəmləndirmiş, xüsusi təyinatlı döyüşçülərini şəhərə cəlb etmişdi. Lakin Azərbaycan əsgəri Şuşa uğrunda elə bir döyüş əməliyyat keçirdi ki, bununla bütün dünyanı heyran qoydu. Ordumuz həm əməliyyatın unikallığı ilə, həm əsgərlərimizin qəhrəmanlığı ilə, həm şəhəri dağıntıya məruz qoymadan işğaldan azad etməklə Azərbaycan hərb elminə möhtəşəm səhifə yazdı.

Ümumiyyətlə, hərbi əməliyyatların strateji taktiki planlaşdırmasında Azərbaycan dünyaya yeni model təqdim etdi. Bu baxımdan İkinci Qarabağ müharibəsində aparılmış uğurlu hərbi əməliyyatlar strateji taktiki baxımdan da tarixə düşdü.

 

 

İlham ƏLİYEV: "Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik

 

Ermənistanın bu müharibədə məğlub olacağı qaçılmaz idi. Çünki döyüşlərin ilk günündən Azərbaycanın hərbi üstünlüyü özünü göstərirdi. İşğalçı dövlətin hakimiyyət orqanları həmişə olduğu kimi müharibə günlərində öz xalqını aldatmaqla məşğul idi. Azərbaycan Ordusu Hadrutu azad edəndə düşmənin müvafiq orqanları bunu taktiki yerdəyişmə kimi qələmə verdilər. Hətta Şuşa azad edilən gün Ermənistanın müdafiə nazirliyi cəbhənin hansısa istiqamətində guya öz mövqelərini yaxşılaşdırdıqları barədə infomasiya yaymışdı.

Noyabrın 10-da Azərbaycanın işğalçını kapitulyasiyaya məcbur etməsindən sonra Ermənistan ictimaiyyəti əsl həqiqətlərdən agah oldu. Artıq həmin informasiyaları yayanların heç biri vəzifə başında deyillər. Çünki Azərbaycanın qələbəsi ilə hərəsi bir tərəfə qaçıb. Paşinyanın kapitulyasiya aktına imza atması ilə nəinki Ermənistan ictimaiyyəti, dünya erməniliyi Azərbaycanın gücünü hərbi üstünlüyünü gördü.

Xalqa müraciətində Prezident İlham Əliyev Ermənistanın itkilərini ordumuzun hərbi qənimətlərini diqqətə çatdırdı. Dövlət başçısının dediyi kimi, Ermənistan ordusu yoxdur: "Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur Ermənistan ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin məhv edilməsi ilə bağlı saxta rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz o məlumatı səsləndirəcəyik, işğalçı dövlət qədər canlı qüvvə itirib. Biz məhv etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır”.

Azərbaycan əsgərləri döyüş meydanında böyük rəşadət şücaət nümayiş etdirdilər. Eyni zamanda Vətən müharibəsi göstərdi ki, xalqımız onu ümdə arzularına qovuşduran Liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Beləliklə, İlham Əliyevin yenilməz siyasi iradə qətiyyəti, Ordumuzun gücü xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu.

 

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2020.- 3 dekabr.- S.1; 5.