Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Azərbaycan Ermənistan arasında ölkənizin Dağlıq Qarabağ bölgəsi uğrunda müharibəyə son qoyan atəşkəs razılaşmasının imzalanması ilə bağlı xəbərləri böyük məmnuniyyətlə qarşıladıq.

Biz Deputatlar Palatası Federal Senatdakı Braziliya-Azərbaycan Parlamentlərarası dostluq qruplarının sədrləri olaraq Sizin ölkənizlə yaxından maraqlanırıq Azərbaycanla bağlı bütün prosesləri xüsusilə indiki dövrdə diqqətlə izləyirik. Biz qarşılıqlı əməkdaşlıq təcrübə mübadiləsi vasitəsilə hər iki ölkənin əhalisinin daha yaxşı həyat şəraitinə nail olması istiqamətində səylərimizi davam etdiririk.

Parlamentarilər olaraq biz sülhü dəstəkləyir, ərazi münaqişələrinin ya hər hansı digər fikir ayrılıqlarının diplomatik yolla həllinin tərəfdarıyıq.

Cənab Prezident, biz Sizi qazandığınız müvəffəqiyyəti, həmçinin bölgənizdə hərbi əməliyyatların sona çatması arzuedilən sülhün bərqərar olması ilə nəticələnən danışıqlardakı uğurlarınızı yüksək qiymətləndirir, ölkənizə davamlı əmin-amanlıq, eləcə sosial iqtisadi inkişaf arzu edirik.

Hörmətlə,

 

 

Antonio Anastasia

 

Braziliya Federal Senatının birinci vitse-prezidenti

 

Klaudio Kajado

 

Braziliyanın federal konqresmeni

 

 

Azərbaycan. - 2020.- 3 dekabr.- S.2.