Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

Vətən müharibəsində böyük Qələbəmiz münasibətilə Sizi bütün Azərbaycan xalqını Rusiyanın Azərbaycan diasporu adından şəxsən öz adımdan təbrik edirəm.

Bu Qələbə Sizin gərgin əməyinizin, müdrik daxili xarici siyasətinizin, Azərbaycan xalqının sarsılmaz mənəvi gücünün, sıx birliyinin ədalətin təntənəsinə inamının nəticəsidir. Sizin dahi atanızınümummilli lider Heydər Əliyevin vəsiyyəti həyata keçdi.

Sizin Ali Baş Komandan kimi yorulmaz fəaliyyətiniz və qətiyyətiniz sayəsində rəşadətli Ordumuz Azərbaycanın əzəli torpaqlarını çoxillik erməni işğalından azad etməyə nail oldu.

Siz Azərbaycan tarixinə xilaskar Prezident, azərbaycanlılar isə məğrur, igid, öz şərəf və ləyaqətini qoruyub saxlamış xalq kimi daxil oldular.

Bu gün Azərbaycan xalqı özünün çoxəsrlik tarixində misli görünməmiş ruh yüksəkliyi, parlaq, unudulmaz, xoşbəxt günlər yaşayır.

Vətənimizin ərazi bütövlüyü bərpa edilib, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bizim bayrağımız dalğalanır.

Bu Qələbə bizə igid döyüşçülərimizin, Qarabağ torpağında sülh naminə, ədalətin təntənəsi naminə canlarından keçmiş şəhidlərin qanı bahasına başa gəlib. Bununla əlaqədar, həlak olanların ailələrinə səmimi-qəlbdən başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik.

Köçkünlərin öz doğma torpaqlarına qayıtması, vəhşicəsinə məhv edilmiş tarixi abidələrin, məscidlərin, məbədlərin Qarabağın tamamilə dağıdılmış sosial infrastrukturunun bərpa edilməsi üçün qarşıda görüləsi işlər çoxdur. Biz - Rusiyada yaşayan azərbaycanlılar Azərbaycanda baş verən bütün hadisələri böyük həyəcan diqqətlə izləyirik, Rusiyanın geniş ictimaiyyətinə daim obyektiv informasiya çatdırırıq.

Qələbə münasibətilə bir daha səmimi təbriklərimizi qəbul edin. Sizə bütün Azərbaycan xalqına cansağlığı, firavanlıq tərəqqi arzu edirik.

Azərbaycan qalibdir! Qarabağ Azərbaycandır!

 

 

Hörmətlə,

 

Fazil Qurbanov

 

Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik

 

Azərbaycan. - 2020.- 3 dekabr.- S.2.