Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri möhtərəm cənab
Prezident.
İcazə
verin, bir daha Sizi Böyük Qələbə münasibətilə
Beynəlxalq Türk Akademiyasının rəhbərliyi
adından və şəxsən öz adımdan səmimi-qəlbdən
təbrik edim.
Qırx
dörd gün davam edən Vətən müharibəsi
Sizin misilsiz şücaətiniz, iradə
və qətiyyətiniz,
qardaş Azərbaycan
xalqının və rəşadətli Azərbaycan
Ordusunun nəyin bahasına olursa-olsun qalibiyyətə köklənməsi
illərdir davam edən ikili standartlara, ədalətsizliyə
və haqsızlığa son qoydu. Bu böyük
zəfər həm dünyanın hərb, həm də diplomatiya tarixində Azərbaycanın təkrarsız
qalibiyyət nümunəsini
yaratdı, Sizin yorulmaz əməyinizin, illər boyu böyük ustalıqla formalaşdırdığınız xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin rəmzi
oldu.
Müharibənin
ilk günlərindən etibarən Beynəlxalq Türk
Akademiyası açıq mövqeyini ortaya qoydu, ədalətli
müharibədə qardaş Azərbaycanın yanında
olduğunu və mülki yaşayış məntəqələrinə
Ermənistanın xain raket hücumunu kəskin pislədiyini bəyan
etdi.
Bununla
yanaşı, Akademiya
əyani dəstəyini
göstərməyə çalışaraq,
xeyli müddətdir üzərində işlədiyi
"Qarabağ – Azərbaycanın
cövhəri: tarixi, mədəniyyəti, təbiəti”
kitab-fotoalbomunu Şuşa
şəhərinin işğaldan
azad edilməsi münasibətilə 2020-ci il
noyabrın 10-da Azərbaycan
Respublikasının Qazaxıstan Respublikasındakı
səfirliyinin dəstəyi
ilə qazax dilində çap etdi. Azərbaycanın uzun illər
işğal altında
qalan ərazilərindəki
tarixi abidələri,
bu bölgənin mədəniyyəti, şəxsiyyətləri,
təbiəti, eyni zamanda, işğala dair faktlar, sənədlərin
toplandığı nəfis
tərtibatlı kitab-albom
bir beynəlxalq təşkilat tərəfindən
hazırlanan ilk belə nəşr oldu.
Beynəlxalq
Türk Akademiyası bu il UNESCO-nun
Parisdəki mənzil-qərargahında
keçirməyi planlaşdırdığı,
lakin pandemiya səbəbindən təxirə
saldığı tədbirləri
- Əbdürrəhim bəy
Haqverdiyevin 150, Üzeyir
Hacıbəylinin 135 illik
yubileylərini onların
dünyaya göz açdıqları şəhərdə
- doğma Şuşada
2021-ci ilin uyğun tarixlərində böyük
beynəlxalq tədbirlə
qeyd etməyi qərara almışdır.
Planlaşdırılan tədbirlərin
işğaldan azad edilən, türk dünyası üçün
böyük mənəvi
dəyərə sahib
olan Şuşa şəhərində reallaşdırılmasını
istərdik.
Möhtərəm cənab Prezident, bir daha Sizi,
qardaş Azərbaycan
xalqını tarixi Zəfər münasibətilə
təbrik edir, Zati-alinizə dərin ehtiramımı çatdırıram.
Hörmətlə,
Darxan Kıdırəli
Beynəlxalq Türk Akademiyasının prezidenti
Qazaxıstan Respublikası, Nur-Sultan şəhəri.
Azərbaycan. - 2020.- 3 dekabr.- S.2.