Azərbaycanın və
Özbəkistanın Xarici
İşlər nazirləri
arasında telefon danışığı olub
Dekabrın 2-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici
işlər naziri Əbdüləziz Kamilov ilə telefonla danışıb.
Xarici İşlər Nazirliyinin
Mətbuat xidməti idarəsindən
bildiriblər ki,
nazirlər bölgədəki
son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Noyabrın 10-da imzalanan birgə
Bəyanatda nəzərdə
tutulan məsələlərin
icrasının vacibliyi,
eləcə də bölgədə sülh,
əmin-amanlıq və
təhlükəsizliyin təmin
olunması baxımından
bu razılaşmanın
həyata keçirilməsinin
əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin ikitərəfli
əməkdaşlıq gündəliyinə
daxil olan məsələləri, eləcə
də qarşılıqlı
maraq doğuran digər məsələləri
müzakirə ediblər.
Azərbaycan. - 2020.-3 dekabr.- S.2.