Hulusi Akar: Türkiyə Rusiya zabitləri Qarabağda atəşkəsin davamlı olması üçün birlikdə xidmət aparacaqlar

 

 

Türkiyə-Rusiya Birgə Müşahidə Mərkəzinin yaradılması və fəaliyyəti ilə bağlı razılıq əldə olundu. Müdafiə nazirlərinin müavinləri birgə fəaliyyətin texniki tərəflərinin müzakirəsini başa çatdırıblar. Müşahidə Mərkəzinin təşkili ilə bağlı rəsmi olaraq heç bir maneə qalmadı. İndi oranın inşası aparılır. Çox qısa vaxtda əməkdaşlarımız Birgə Müşahidə Mərkəzində xidmətə başlayacaqlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə noyabrın 11-də videoformatda imzaladığı anlaşma memorandumu əsasında başlanan danışıqlar barədə danışarkən deyib.

Azərbaycanın döyüş meydanında danışıqlar prosesində böyük uğur qazandığını diqqətə çatdıran nazir bildirib: “Türkiyə Rusiya generalları birlikdə çalışacaqlar. Birgə Müşahidə Mərkəzində türk rus zabitlər bərabər xidmət edəcək, atəşkəsə riayət olunmasını birgə müşahidə edəcək atəşkəsin davamlı olmasına səy göstərəcəklər. Bununla yanaşı, bizim azərbaycanlı qardaşlarımızla təhsil hərbi təlim sahələrində əməkdaşlığımız davam edir. İnşallah, bu məsələlərdə qardaşlarımız üçün əlimizdən gələni edəcəyik. Haqlı mübarizələrində sona qədər azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Buna heç kimin şübhəsi olmasın”.

 

Azərbaycan. - 2020.-3 dekabr.- S.2.