Laçın rayonunun
işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür
Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə şanlı Ordumuz tərəfindən
aparılan 44 günlük
müharibə nəticəsində
əzəli və əbədi torpaqlarımız
düşmən işğalından
azad edilməklə, uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyü
bərpa edildi.
AZƏRTAC
xəbər verir ki, bunu KİV-ə açıqlamasında
Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
Adil
Əliyev bildirib ki, işğal edilmiş ərazilərimizin
azad edilməsi uğrunda rəşadətli
Ordumuz misli görünməmiş şücaət
göstərdi və düşmənə vurulan
ağır zərbələrin
nəticəsində Ermənistan
məğlub olaraq döyüş meydanından
qaçdı. Vətən
müharibəsi zamanı düşmən tam şəkildə məğlub
oldu, döyüş meydanında başlayan Qələbə yürüşü
adekvat olaraq diplomatik masada da dövlətimizin başçısı tərəfindən
çox böyük uğurla davam etdirilir.
Dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsinin şanlı qələbəmizin təcəssümü
olduğunu vurğulayın
Milli Məclis sədrinin müavini deyib: “Prezident
İlham Əliyevin xarici telekanallara verdiyi müsahibələr
zamanı Ermənistanın
təcavüzkar siyasətini
bir daha dünyanın diqqətinə
çatdırması, bütün
dünyanın de-fakto
olaraq Ermənistanı
təcavüzkar ölkə
kimi tanımasına gətirib çıxardı.
Qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik
Şurasının qəbul
etdiyi dörd qətnamə Ermənistan
tərəfindən icra
edilməsə də bu vaxta qədər
işğalçıya qarşı
heç bir tədbir görülməmişdir.
Yalnız sentyabrın
27-də erməni təxribatından
sonra əks-hücum əməliyyatını uğurla
icra edən Azərbaycan Ordusu bu qətnamələrin icrasına nail oldu. Döyüş meydanında qazandığımız
uğurlar düşməni
Ağdamdan, Kəlbəcərdən
və Laçından
çıxmağa məcbur
etdi. Beləliklə, bu qətnamələrin də icrası təmin olundu, Azərbaycanın ərazi
bütövlüyü təmin
edildi.
Laçının mühüm strateji əhəmiyyət kəsb
etməsi səbəbindən
Ermənistan və onun havadarları bu rayonun təhvil
verilməsini heç
vaxt istəməmişdilər.
Lakin Ali Baş Komandanın həm müharibə meydanında, həm də diplomatik müstəvidə göstərdiyi
qətiyyət və qazanılmış uğurlar
həmin ərazilərin
Ermənistan tərəfindən
qeyd-şərtsiz işğaldan
azad edilməsini təmin etdi. Dövlətimizin başçısının
xalqa müraciətində
qeyd etdiyi kimi, “Özü də bir güllə
atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni
buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə
gətirib çıxardı
ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid
vermədən qaytarmışıq”.
Adil
Əliyev qeyd edib ki, Laçın
rayonunun təhvil verilməsi ilə birgə Bəyanatın daha bir müddəası
icra edildi. 28 il ərzində üzərinə götürdüyü
öhdəliklərə, beynəlxalq
təşkilatların qəbul
etdikləri sənədlərə
məhəl qoymayan Ermənistan Azərbaycan Respublikası Prezidentinin qətiyyətli iradəsi, şanlı Ordumuzun göstərdiyi şücaət sayəsində
məğlub edildi və torpaqlarımızdan
çıxmağa məcbur
oldu. Yaşasın bizə bu qələbəni
bəxş edən Müzəffər Ali Baş Komandan, eşq olsun Azərbaycan Ordusuna.
Azərbaycan. - 2020.- 3 dekabr.- S.2.