Müdafiə Nazirliyi
vətəndaşlara müraciət
edib
Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi vətəndaşlara
müraciət edib.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil
olan müraciətdə
“Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə
hərbi xidmətdən
tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 1 dekabr tarixli Sərəncamının
icrasının sürətləndirilməsi
məqsədilə vətəndaşlara müvafiq
sənədləşməni həyata keçirilməsi
qaydaları ilə bağlı tövsiyə
edilir ki, səfərbərlikdən təxrisedilmə
ilə əlaqədar
hərbi qulluqçuların
aşağıda göstərilən
kateqoriyalara aid olmasını təsdiq edən sənədləri (surətləri notarial qaydada
təsdiq olunmuş) Azərbaycan Ordusunun müvafiq hərbi hissələrinə deyil,
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə
təqdim olunsun:
-
üç və ya daha çox
uşağı olan;
-
himayəsində I dərəcə
əlilliyi müəyyən
edilmiş şəxs
olan;
-
himayəsində yetkinlik
yaşına çatmayan
bacısı və ya qardaşı olan;
-
ailənin tək övladı olan;
-
ataları və ya qardaşları döyüş əməliyyatları,
habelə hərbi xidmət üzrə vəzifələrin icrası
zamanı həlak olmuş və ya vəfat etmiş;
-
döyüş əməliyyatları
zamanı yaralanmış,
habelə hərbi-həkim
komissiyaları tərəfindən
dinc dövrdə hərbi xidmətə yararsız, müharibə
dövründə məhdud
yararlı sayılan;
-
yaxın qohumları Ermənistan Respublikasının
hərbi təxribatları
və Azərbaycan Respublikasının ərazilərini
atəşə tutması
nəticəsində həlak
olmuş;
- mülkiyyət
və təşkilati-hüquqi
formasından asılı
olmayaraq dövlət qeydiyyatına alınmış,
fəaliyyətinə xüsusi
razılıq (lisenziya)
verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində,
eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr
tarixli 235 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin və
elmi təşkilatların
Siyahısı”nda nəzərdə
tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb
təhsili və rezidenturada təhsil alan”.
Azərbaycan. - 2020.-3 dekabr.- S.2.