QDİƏT
PM və Baltik Assambleyasının Daimi Komitələrinin birgə
iclası keçirilib
Dekabrın
2-də Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament
Məclisinin (QDİƏT) və
Baltik Assambleyasının
Daimi Komitələrinin
(BADK) onlayn formatda birgə iclası keçirilib. İclasda dünyada dənizlərin
qorunması, iqlim dəyişikliyi və biomüxtəliflik, COVID-19 pandemiyası
ilə mübarizə
üsulları mövzuları
müzakirə olunub.
Milli
Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
iclası giriş sözü ilə açan Milli Məclisin Hesablayıcı
Komissiyasının sədri,
QDİƏT PM-nin vitse-prezidenti
Eldar Quliyev iştirakçılara bildirib
ki, uzaq coğrafiyalarda yerləşən,
fərqli ənənələrə,
dinlərə və mədəniyyətlərə sahib
olan Baltik və Qara dəniz
bölgələrini bir
çox ümumi maraqlar və problemlər birləşdirir.
Bir ildən artıqdır ki, bütün dünya
COVID-19 pandemiyası ilə
mübarizə aparır.
Bu dövrdə parlamentlərin üzərinə
də böyük məsuliyyət düşüb.
Qurumların üzvü olan
ölkələrin parlamentləri
yeni reallıqlara uyğun olaraq müasir texnologiyalardan istifadə etməklə beynəlxalq fəaliyyətlərini
davam etdirib, COVID-19 böhranının iqtisadi
və sosial təsirlərinin azaldılmasına
yönəlik dəstək
tədbirləri keçiriblər.
O qeyd edib
ki, pandemiyanın insan sağlamlığını
ciddi şəkildə
təhdid etməsi bütün səviyyələrdə
beynəlxalq əməkdaşlıq
və koordinasiyanın
gücləndirilməsini tələb
edir. İndiki məqamda yalnız sıx əlaqələr və yardım tədbirləri virusun ölkələrdə
mənfi təsirlərini
azalda bilər.
Eldar Quliyev vurğulayıb ki, qloballaşma prosesləri insan sağlamlığı və
rifahının ayrılmaz
hissəsi olan ətraf mühitin mühafizəsini də zəruri edir. QDİƏT dövlətləri
beynəlxalq təşkilatlar
və vətəndaş
cəmiyyəti ilə
birlikdə konkret nəticələrə yönəlmiş
konstruktiv dialoqa getməlidirlər. Çirkli
ərazilərin bərpası,
ekoloji problemlərin qarşısının alınması,
mənfi nəticələrin
aradan qaldırılması
məqsədilə təsirli ətraf mühit siyasəti həyata keçirilməlidir.
O, bundan sonra
QDİƏT və Baltik
Assambleyası arasında
daha səmərəli,
konstruktiv əməkdaşlığa
ümid etdiyini bildirib. Koronavirusla mübarizədə bütün
ölkələrə gözlənilməz
təsirlərdən uzaq
olmağı və sağlamlıq arzulayıb.
Onlayn
iclasda Baltik Assambleyasının prezidenti
Piri Niemi, İsveçin xarici işlər naziri Ann Linde, Türkiyənin
QDİƏT PM-dəki nümayəndə
heyətinin rəhbəri
Cemal Öztürk, Yunanıstanın QDİƏT PM-dəki nümayəndə
heyətinin rəhbəri
Semion Kedikoğlu, Stokholm Universiteti Baltik Dəniz Mərkəzinin Elmi direktoru Kristof Humborq çıxış edərək
pandemiya ilə mübarizədə qarşılıqlı
əməkdaşlıq, ətraf
mühitin mühafizəsi
ilə bağlı fikirlərini söyləyiblər.
Mövzuları əhatə
edən ekspert rəyləri dinlənilib,
cari məsələlər
müzakirə edilib.
Onlayn toplantıya rumıniyalı
deputat, QDİƏT PM-in
İqtisadiyyat, ticarət,
texnologiya və ekologiya məsələləri
üzrə komitəsinin
sədri Katalin Zamfiranın çıxışı
ilə yekun vurulub.
Azərbaycan. - 2020.- 3 dekabr.- S.2.