Akif Qurbanov: insanların bir qismində koronavirusa qarşı immunitet yaranmayana qədər pandemiya ilə mübarizə aparmaq çətin olacaq
Bəzi hallarda xəstəliyin bütün nəticələri
aşkar olsa da, PZR analizi mənfi olur. Belə olan halda nəzərə almalıyıq ki, yanlış analizlər ola bilər və yenə də qorunma tədbirlərinə əməl
etməliyik.
AZƏRTAC
xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti
yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov
dekabrın 2-də Nazirlər Kabineti yanında Operativ Qərargahın
brifinqində deyib.
Professor deyib: "Elə dövrə gəlib çıxmışıq ki,
soyuqdəymə, qızdırma,
öskürək və
s. əlamətlər olanda
"bəlkə məndə
COVID var” deyə düşünməliyik. Ona
görə ki, biz infeksiya mənbəyi
olub onu başqalarına yoluxdura bilərik. Heç kəsin bu infeksiyaya
tutulmasını arzu etmirik, amma biz
özümüz bu barədə ciddi fikirləşməli və
həkimə müraciət
edib diaqnozu dəqiqləşdirməliyik.
Həmişə sual verirlər: bu xəstəlik nə vaxta qədər
davam edəcək? Əlbəttə, dəqiq
proqnoz vermək çətindir. Dəfələrlə
demişik və bir daha deyirik
ki, insanların bir qismində bu xəstəliyə qarşı immunitet yaranmayana qədər pandemiya ilə mübarizə aparmaq çətin olacaq. Bu, heç də o demək deyil ki, hamı
xəstələnməlidir və onda immunitet
yaranmalıdır. Kimdəsə
xəstəlik keçirməsi
nəticəsində immunitet
yarana bilər, əhalinin qalan hissəsində isə yaxın aylarda aparılacaq peyvənd tədbirləri nəticəsində
mümkün olacaq. Bu vasitə ilə kollektiv immunitet yaradıb pandemiyadan qurtula bilərik”.
Azərbaycan. - 2020.- 3 dekabr.- S.7.