Fövqəladə Hallar
Nazirliyində ABŞ-ın
“Samaritan's Purse” təşkilatının nümayəndə
heyəti ilə görüş keçirilib
ABŞ-ın
xristian-yevangelist beynəlxalq
humanitar təşkilatlarından
olan “Samaritan's Purse”nin Azərbaycanda səfərdə olan proqramlar və hökumətlə əlaqələr
üzrə vitse-prezidenti
Ken İsaaksın rəhbərlik etdiyi nümayəndə heyəti
dekabrın 2-də Fövqəladə
Hallar Nazirliyində
(FHN) olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, nümayəndə
heyəti ilə görüşən fövqəladə
hallar nazirinin müavini tibb xidməti general-leytenantı
Faiq Tağızadə
qonaqlara nazirliyin fəaliyyəti haqqında
ətraflı məlumat
verib. Nazir müavini, həmçinin
Azərbaycanın tarixi
torpağı olan, erməni vandallarının
işğal etdikləri
Qarabağda və ona bitişik rayonlarda dini abidələrimizə qarşı
törətdikləri vəhşiliklərdən
danışıb, tarixi
və mədəniyyət
abidələrimizi məqsədyönlü
şəkildə dağıtdıqlarını bildirib.
Azərbaycanın hər
zaman tolerant dövlət olduğunu xatırladan nazir müavini ölkəmizdə
məscid, kilsə və sinaqoqlara xüsusi diqqət göstərildiyini vurğulayıb.
Son
vaxtlar dünyada geniş yayılmış
yeni növ koronavirus (COVID-19) infeksiyasının
qarşısının alınması
istiqamətində dövlətimizin
başçısı İlham
Əliyevin rəhbərliyi
ilə görülən
mühüm işlərdən
danışan nazir müavini Bakının Xətai rayonunda FHN-in Tibb Mərkəzinin koronavirusa yoluxmuş xəstələrin müalicəsi
üçün nəzərdə
tutulan modul tipli hospitalının fəaliyyətindən ətraflı
söz açıb. Faiq Tağızadə Azərbaycan Prezidentinin tapşırığına əsasən
yaradılan bu hospitalın ən müasir standartlara cavab verdiyini, koronavirus infeksiyasına yoluxmuş xəstələrin
müalicəsi üçün
bütün şəraitin
yaradıldığını, müasir avadanlıqla təchiz edildiyini bildirib.
Səmimi görüşə görə
təşəkkürünü bildirən “Samaritan's Purse”nin proqramlar və hökumətlə əlaqələr üzrə
vitse-prezidenti Ken İsaaks Azərbaycan xalqını qələbə
münasibətilə təbrik
edib. Səfərin əsas məqsədinin
münaqişədən zərər
çəkmiş vətəndaşlara
yardım etmək və COVID-19 ilə mübarizə sahəsində
ölkəmizə dəstək
göstərməkdən ibarət
olduğunu vurğulayan
qonaq bu istiqamətdə əməkdaşlıqda
maraqlı olduqlarını
diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər də
müzakirə edilib.
Azərbaycan. - 2020.- 3 dekabr.- S.7.