Vətən sevgisinin
təntənəsinə çevrilən 44 günlük
savaş
İlham Əliyev
şanlı Qələbəmizin qəhrəmanlarını
yüksək adlar, ordenlər və medallarla təltif etdi
27 sentyabr 2020-ci il... O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı.
O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı.
O gün Silahlı Qüvvələrimiz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı.
Düşmən
tapdağında qalan el-obamızı kafir caynağından
qurtarmaq, üçrəngli müqəddəs
bayrağımızı azad olunmuş yaşayış məntəqələrində
asmaq üçün başlayan bu yürüş
hamının ürəyindən soraq verdi.
Tarixi ədalət zəfər çaldı
Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. Elə ilk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında sıx birləşdi. Minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı. Dövlət-xalq, xalq-dövlət bir yerdə oldu, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına endirilən sarsıdıcı zərbəyə çevrildi.
Qələbəyə doğru inamla irəliləyən mərd, qorxmaz əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını, canlı qüvvəsini darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə düşməndən təmizlədi. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndləri daxil olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Üçrəngli şanlı bayrağımız yenidən doğma torpaqlarımızda ucaldıldı.
8 noyabrda Qarabağın tacı sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edildi. Bu gün Azərbaycan tarixinə Qələbə günü kimi düşdü.
2 gün sonra - 10 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.
Bəli, o gün 30 illik Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. Haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı... Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi.
Ordumuzun düşmənə endirdiyi "dəmir yumruq”
Vətən müharibəmiz şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi, məcburi köçkünlərimiz qəribçilikdən qurtularaq doğma el-obalarına qovuşdular.
Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.
"Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər.
Dekabrın 10-da isə Azərbaycan xalqı bu igidlərimizin müəyyən hissəsini böyük fəxr, qürur, minnətdarlıq duyğusu ilə seyr etdi. Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradında Azərbaycan xalqı ordusu ilə qürur hissi keçirdi.
Zəfər paradı Azərbaycanın gücünü bütün dünyaya göstərdi
Bakıda 3 mindən çox şəxsi heyətin və 150-dək hərbi texnikanın, o cümlədən müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin iştirakı ilə Zəfər paradı Vətənimizin azadlığı uğrunda apardığımız müharibədə qazanılan qələbənin, Azərbaycan Ordusunun hərbi qüdrətinin növbəti təntənəsi oldu. Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi.
10 dekabr paradı müzəffər Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu, Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi.
Azərbaycan Ordusu Zəfər paradında hərbi gücünü nümayiş etdirərək beynəlxalq aləmə də mesajını çatdırdı - ölkəmizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək qüdrətli Ordumuz, bu Orduya rəhbərlik edən qətiyyətli sərkərdəmiz var.
Azərbaycanın
necə güclü dövlət, əzmli xalq olması bir
daha dünyaya tanıdıldı.
Vətən uğrunda döyüşən hər kəs diqqət mərkəzindədir
Azərbaycan xalqı qələbədə payı olan, döyüşdə iştirak edən hər bir əsgərin əziyyətini yüksək qiymətləndirir, şəhidlərimizi ehtiramla, minnətdarlıqla anır, qazandığımız qələbəyə görə bir ömür onlara borlclu olduğumuzu anlayır.
Dövlətimiz də igidlərimizin hər birinin əziyyətini dəyərləndirir. Elə "Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi də igidlərimizə yüksək ehtiramdan irəli gəlir.
Prezident İlham Əliyevin dekabrın 9-da imzaladığı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncama əsasən, 33 nəfər "Zəfər” ordeninə (3 nəfər ölümündən sonra), 204 nəfər (48 nəfər ölümündən sonra) "Qarabağ” ordeninə layiq görülüb. 3 hərbçiyə "Azərbaycanın Milli Qəhrəmanı”, 83 hərbçiyə "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.
Dövlət başçısının dekabrın 15-də imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş hərbi qulluqçular "Azərbaycan Bayrağı”, "Rəşadət” və "Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar.
Silahlı Qüvvələrimizin 288 hərbi qulluqçusu "Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Onlardan 56-sı ölümündən sonra bu ordenlə təltif olunub. "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunanların 2-si general-leytenant, 2-si general-mayor, 12-si isə polkovnikdir.
105 hərbçi 3-cü dərəcəli
"Rəşadət” ordeni ilə təltif
edilib. Onlardan 15-i ölümündən sonra
bu ordenlə təltif olunub. Bu ordenə layiq görülənlərin 6-sı polkovnikdir.
Həmçinin 3 general-leytenant 1-ci dərəcəli,
9 hərbçi 2-ci dərəcəli,
331 hərbi qulluqçu
isə 3-cü dərəcəli
"Vətənə xidmətə
görə” ordenlərlə
təltif olunub. 3-cü dərəcəli "Vətənə
xidmətə görə”
ordeni ilə təltif olunan hərbi qulluqçuların
44-ü ölümündən sonra bu mükafata
layiq görülüb.
Azərbaycan Respublikasının ərazi
bütövlüyünün təmin olunması uğrunda döyüş
əməliyyatlarında iştirak
etmiş və hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası
zamanı vəzifə
borcunu şərəflə
yerinə yetirmiş Silahlı Qüvvələrimizin
3601 hərbi qulluqçusu
"Vətən uğrunda”
medalı ilə təltif olunub. Onlardan
2756-sı ölümündən sonra bu medala
layiq görülüb.
Bu isə o deməkdir
ki, heç bir şəhidimiz diqqətdənkənar qalmayıb. Lakin bütün
təltiflərdən, mükafatlardan
da ən uca ad elə şəhid adıdır.
Şəhidlik məqamına
ucalan ölməz oğullarımız dünya
var olduqca sevgi və sayğı
ilə xatırlanacaq,
yad ediləcək, müqəddəs xatirələri
qəlbimizdə əbədi
yaşayacaq...
Qazilərimiz isə layiq görüldükləri orden
və medalları qürur və fəxarətlə ürəklərinin
üstündə gəzdirəcəklər...
Xəyalə MURADLI
Azərbaycan.-2020.- 17 dekabr.- S.1-2.