“Human
Rights Watch” Ermənistanın müharibə cinayətlərini
ifşa etdi
Sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində
Azərbaycan Ordusu qalib gələrək, torpaqlarımızı erməni
işğalçılarından təmizlədi. Bu müharibə
həm də Ermənistanın terrorçu
dövlət olduğunu
nümayiş etdirdi.
Çünki mülki əhalini
hədəfə alanlar
və qadağan edilmiş silahlardan istifadə edənlər yalnız terrorçulardır.
Ermənistanın mülki əhalini hədəfə alması
düşmənin Gəncəyə
və Bərdəyə
ballistik raketlər atması ilə pik həddə çatdı. Tərtərdə dəfn mərasimində
iştirak edən gözüyaşlı insanlara
artilleriya atəşi
açmaq dünyanın
gözü qarşısında
törədilən daha
bir müharibə cinayəti idi. 44 günlük müharibə
müddətində ermənilərin
yaşayış məntəqələrini
atəşə tutması
nəticəsində 98 mülki
şəxs həlak oldu, 414 nəfər yaralandı. Bundan başqa, 5000-dən çox
ev və
100 yaşayış binası
dağıdıldı və
ya yararsız hala salındı. Bütün bunlar erməni vandalizminin sübutu oldu.
Ermənistanın Azərbaycanın dinc
sakinlərinə və
mülki obyektlərinə
qarşı istifadəsi
qadağan olunmuş raketlərdən zərbələr
endirdiyini "Human Rights Watch” təşkilatının növbəti
hesabatı da təsdiqləyir. Hesabatda Ermənistanın
və ya Dağlıq Qarabağdakı
qondarma rejimin hərbi qüvvələrinin
altıhəftəlik müharibə
dövründə Azərbaycanın
yaşayış məntəqələrini
dəfələrlə qadağan
olunmuş silah-sursatlar
vasitəsilə atəşə
tutduğu bildirilir.
Vurğulanır ki, qadağan olunmuş silahların istifadəsi müharibə
qanunlarının pozulmasıdır.
Hesabatda
qeyd edilir ki, "Human Rights Watch”un tədqiqatçıları
2020-ci ilin noyabr ayında Azərbaycana səfərləri zamanı
bu ölkənin üç rayonunda kasetli silah-sursatdan istifadə olunduğu dörd hücumu sənədləşdiriblər. Erməni silahlılarının hücumları
nəticəsində 2-si uşaq
olmaqla, ən azı 7 mülki şəxs həlak olub, eyni zamanda
2-si uşaq olmaqla, 20 mülki şəxs yaralanıb.
Məlumat üçün qeyd edək ki, kasetli silahlar top, raket və minaatanlar vasitəsilə yerdən və ya təyyarə ilə havadan atıla bilər. Tipik olaraq bu sursatlar havada partlayır və ondan ayrılan bir çox bomba hissəcikləri geniş əraziyə yayılır. Hücum zamanı bölgədəki hər kəs - istər döyüşçülər, istərsə də mülki insanlar ölüm və ya yaralanma riski altında qalırlar. Bundan əlavə, kasetli sursatlar tez-tez ilkin təsir nəticəsində partlaya bilmir və onlar minalar kimi təhlükə mənbəyi olaraq qalır.
Hesabatda bu ilin oktyabr ayında Bərdə şəhərinə atılan və 21 mülki şəxsin ölümünə, 70 nəfərin yaralanmasına səbəb olan kasetli silah hücumu da sənədləşdirilib. Noyabr ayının birinci yarısında Azərbaycana araşdırma səfəri zamanı "Human Rights Watch” Ermənistan silahlı qüvvələri tərəfindən biri Bərdə, ikisi Goranboy, biri Tərtər rayonunda olmaqla dörd kasetli silahlı hücumu sənədləşdirib. Kasetli silahlar mülki və hərbi obyektləri ayıra bilmədiyi üçün onların istifadəsi müharibə qanunlarını pozur.
Bildirilir ki, Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən dərc edilən illik "Hərbi Balans-2020” daxil olmaqla, bir sıra beynəlxalq nəşrlər Ermənistanın "Toçka-U” və "İsgəndər” ballistik raketlərinə, "Smerç” və WM-80 çoxlüləli raket atıcılarına sahib olduğunu və bunların hamısının kasetli bombalar ata biləcəyini deyirlər. "Human Rights Watch” Dağlıq Qarabağdakı qüvvələrin kasetli silahlara sahib olmadığının fərqindədir. Belə olan halda Ermənistan silahlı qüvvələrinin bu hücumları həyata keçirdiyi və ya Dağlıq Qarabağdakı hərbi qüvvələri bu döyüş sursatları ilə təmin etdiyi ehtimal olunur. Qadağan edilmiş silahlar kimi, kasetli döyüş sursatları da heç bir halda, heç kim tərəfindən istifadə və ya təmin edilməməlidir.
Beləliklə, Ermənistan artıq öz cinayətlərini gizlədə bilmir və bu cinayətlər beynəlxalq miqyasda daha geniş şəkildə ifşa olunur.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 17 dekabr.- S.1-2.