Ermənilər
çalışmalıdırlar ki,
dövlətlərinin yox olmasının
qarşısını alsınlar
Ağır hərbi məğlubiyyətindən sonra Ermənistanda vəziyyət gərgindir. İlk baxışda burada təəccüblü heç nə yoxdur. Məğlubiyyət sevinc gətirən hal deyil. Təəccüb doğuran odur ki, bu ölkədəki siyasətçilər məğlubiyyətin niyə və nə üçün baş verdiyini hələ də anlamırlar. Bu, onların kütləvi informasiya vasitələrinə verdikləri müsahibələrdən, mitinqlərdə etdiyi çıxışlardan aydın görünür.
Azərbaycan Ordusunun endirdiyi ağır zərbə nəticəsində Ermənistan ordusu darmadağın edilib. Hərbi ekspertlər qeyd edirlər ki, erməni ordusunun gücünün əvvəlki səviyyəyə çatdırılması üçün 15-20 ilədək vaxt lazımdır. Vurğulayırlar ki, bunun üçün milyardlarla dollar vəsait tələb olunur. Ermənistanda isə heç əhalinin sosial tələblərini minimum ödəyəcək qədər pul yoxdur. İndiyə, yəni məğlubiyyətinə qədər Ermənistan büdcəsinin 51 faizini ölkəmizin təbii sərvətlərinin talanması hesabına formalaşdırırdı. Artıq o, bu imkandan da məhrum olub.
İndi Ermənistanda
ağır məğlubiyyətin səbəbini
araşdırırlar. Hər ağızdan bir avaz gəlir. Məsələn, erməni siyasətçilərinin
böyük qismi məğlubiyyətin səbəbkarı
kimi Rusiya Federasiyasını görürlər.
Onlar hesab edirlər ki, bu ölkə
gəlib ermənilərin
əvəzində döyüşməli
idi. Düşünürlər ki, müharibədə
erməni gəncləri
deyil, rus və azərbaycanlı əsgərlər döyüşməli,
qələbənin nəticəsindən
isə Ermənistan bəhrələnməli idi.
Döyüşlər zamanı ermənilər
sosial şəbəkələrdə
açıq şəkildə
yazırdılar ki, ermənilər seçilmiş
xalqdır, onlar bu müharibədə qırılmamalıdırlar. Əvəzində Rusiyanın 200 min əsgərinin ölməsi
rus xalqı üçün faciə olmamalıdır. Onları bu
düşüncəyə gətirən səbəb
əsrlərlə kilsə
və siyacətçilərin
apardıqları üzdəniraq
təbliğatın nəticəsidir.
Bu təfəkkürdə olan sıravi ermənilərin belə düşünməsi bir
o qədər də təəccüb doğurmur. Çünki
illərdir erməniləri
idarə edən siyasətçilər onları
bax bu cür
aldatmışlar: "Qorxmayın,
Azərbaycanla müharibə
olarsa, ruslar bizi müdafiə edəcək”. Həmin ermənilər indi
bu siyasətçilərdən
soruşurlar ki, ruslar niyə bizi müdafiə etmədilər? Ermənilərə o vədləri verən Köçəryan-Sarkisyanın başçılıq etdiyi
Qarabağ klanı isə suala cavab verə bilmir. Əvəzində bütün günahları
Paşinyanın üzərinə
atıb "sudan quru çıxmaq” istəyirlər.
Sadə
ermənilər beynəlxalq
qanunlardan, BMT-nin Təhlükəsizlik Şurasının
dörd qətnaməsindən,
Rusiya-Azərbaycan münasibətlərinin
yüksək səviyyədə
olmasından xəbərsiz
ola bilərlər.
Bəs qos-qoca diplomata nə gəlib ki, küçələrdəki
sadə ermənilərdən
fərqli düşünə
bilmir. Görün,
Ermənistanın Rusiyadakı
sabiq səfiri Stepan Qriqoryan nə deyib: "Rusiya bu müharibədə
Ermənistana kömək
göstərmədi. Düzdür, müəyyən qədər
silah göndərdi.
Ancaq böyük miqdarda olmadı”. Keçmiş diplomat sonra vurğulayır
ki, bunun səbəbi Putinlə Paşinyan arasında xoş olmayan münasibətlərdir. Digər amil
isə Rusiya üçün Türkiyənin
daha əhəmiyyətli
ölkə olmasıdır.
Sonda sabiq səfir bildirir ki, Ermənistan
Rusiyadan imtina etməli və özünə yeni havadar tapmalıdır.
Yəni ermənilər yenə də "arxalı köpək” kimi himayədə yaşamaq istəyirlər. Bu, erməni diplomatının
düşüncəsidir. O, hələ dərk etməyib ki, məğlubiyyətin səbəbi
illərlə apardıqları
ağılsız siyasətin
məntiqi nəticəsidir.
Ermənilərin "ağa” axtarışında
olmasını, bu xislətdən əl çəkə bilməməsini
dünyada yaxşı
bilirlər. Bu səbəbdən
də Fransa Ermənistanda olan anti-Rusiya ovqatından bəhrələnib yaranmış
boşluğu doldurmaq
istəyir. Fransanın bütün
beynəlxalq qanunlara zidd olaraq işğalçını
müdafiə etməsi
də bununla bağlıdır. Əvvəlcə Fransa parlamentinin yuxarı palatası olan Senat "Dağlıq Qarabağ Respublikası”nı tanımaq
barədə sənəd
qəbul etdi. Bu ölkənin parlamentinin
aşağı palatası
olan Milli Assambleya da böyük
qardaşlarından dala
qalmadılar”. "Erməni və Şərqin xristian abidələrinin qorunması
haqqında” qətnamə
qəbul etdi. Fransanın xarici işlər naziri dərhal Senatın qəbul etdiyi sənədin heç bir hüquqi qüvvəsi olmadığını
və Fransa hökumətinin "DQR”i
tanımayacağı barədə
bəyanat verdi.
Ona görə ki, bu sənəd həm beynəlxalq, həm də Fransanın qanunlarına ziddir. Ən başlıcası isə, xarici işlər nazirinin bildirdiyi kimi, bu, Fransanın həmsədrlik statusunu bitirməsi ilə nəticələnə bilər.
Bu isə Avropanın
siyasi liderliyinə iddialı olan Fransanın siyasi iflası olar.
Fransa Milli Assambleyası isə bir qədər ehtiyatlı, lakin son dərəcə məkrli
sənədə imza atıb. "Erməni və Şərqin xristian abidələrinin qorunması haqqında” olan bu sənədin
absurdluğu odur ki, Azərbaycanda erməni abidələri dağıdılmayıb, əksinə,
ermənilər tərəfindən
dağıdılan Azərbaycan
dini abidələri
var. İkincisi, bizi Şərqdə baş verənlərlə bağlamağın
özü bu sənədin çirkin məqsədlərlə qəbul
edidiyini göstərir.
Əgər hansısa Şərq
ölkəsində belə
bir problem varsa, bunun bizə heç bir aidiyyəti yoxdur. Bir sözlə, Fransanın mövqeyi ədalətli olsaydı, o, "kiçik
bacı”sını işğalçılıq
xislətindən əl
çəkməyə çağırardı,
Azərbaycan məscidlərini
dağıtdığına görə onu qınayardı. Belə görünür
ki, Fransa üçün beynəlxalq
qanunlar deyil, xristian təəssübkeşliyi
böyük önəm
daşıyır.
Azərbaycanın öz ərazi bütövlüyünü təmin
etməsindən narahat
olan təkcə Fransa deyil. Digər həmsədr
ölkə olan
ABŞ-ın mövqeyi
də Fransanın mövqeyindən o qədər
fərqli deyil. Amerka dövlət katibinin birinci müavini Stiven Biden ATƏT-in növbəti
iclasında bəyan edib ki, Dağlıq
Qarabağ münaqişəsinin
hərbi həlli yoxdur. Məsələ danışıqlar yolu ilə Helsinki yekun aktına uyğun həll edilməlidir. Yəni xalqların
öz müqəddaratını
təyin etməsi məsələsi yenidən
müzakirə mövzusu
olmalıdır. Deməli, 44 günlük
Vətən müharibəsində
yaranan reallığı
amerikalı diplomat hələ
də dərk etməyib və ya bunu qəbul
etmək istəmir.
Onlar yenidən mənasız
status danışıqlarını dirçəltmək və
bu yolla Azərbaycana siyasi təzyiq göstərmək
iddiasındadırlar. Belə düşüncədə
olanlar gərək unutmasınlar ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev sülh danışıqlarında
Dağlıq Qarabağın
statusu məsələsinin
müzakirə mövzusu
olmayacağını dəfələrlə
bəyan edib. Dövlət
başçısı bununla
ölkəmizin mövqeyini
açıq və qəti şəkildə bildirib. ABŞ diplomatının dedikləri
isə "daldan atılan daş”dan başqa bir şey deyil.
Beləliklə, həmsədr dövlətlər
olan Fransa və ABŞ-ın statuslarına uyğun olmayan mövqeyi Ermənistanı aldığı
dərslərdən nəticə
çıxarmağa qoymur. Odur ki, yeni təyin olunan Ermənistan xarici işlər naziri Ara Ayvazyan
ATƏT-in sözügedən iclasında sülh danışıqlarının aparılması
üçün dörd
bənddən ibarət
sərsəm şərt
irəli sürüb.
Bir daha qeyd edək ki, erməni siyasətçiləri hələ
də reallıqla barışmaq fikrində deyillər. "Artsax
uğrunda siyasi mübarizə”ni davam etdirmək istəyirlər.
Reallığı dərk etsəydilər,
Nikol Paşinyanın yeddi şərtinin nə ilə nəticələndiyini diqqətdən
kənar qoymazdılar.
Onların belə iddialarla
çıxış etməsinin
səbəbi isə Fransa və ABŞ-ın mövqeyi ilə bağlıdır.
Ermənistanın xarici işlər nazirinin irəli sürdüyü birinci şərt "Xalqların öz müqəddarıtını müəyyən etməsi prinsipi və "Artsax” xalqının təhlükəsizliyinin təmin edilməsi”, ikincisi "Ərazilərin işğaldan azad edilməsi (həyasızlığa bax!-R.K.), erməni qaçqınlarının təhlükəsiz şəkildə geri qayıtması”, üçüncüsü "Azərbaycanın nəzarətindəki ərazilərdə olan erməni mədəni abidələrinin qorunması”, dördüncüsü "Danışıqların yalnız ATƏT-in Minsk qrupu formatında aparılması”dır. Bu şərtlərin hamısı Fransa və ABŞ tərəfindən irəli sürülüb, sadəcə olaraq nazir Ayvazyan onu tutuquşu kimi təkrar edir. Onlar unudurlar ki, Azərbaycan torpaqları işğal altında olanda ermənilərin şərtlərini qəbul etmədi. İndi ərazi bütövlüyümüzü təmin etdikdən, 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandıqdan sonra bu şərtləri qəbul edərmi? Əlbəttə ki, yox!
Görünür, ermənilər Azərbaycanla müharibəyə sürükləndikdən sonra yalqız qalmağın nə olduğunu da dərk etməyiblər. Ermənilərə bir atalar sözümüzü xatırlatmaq istəyirik: "Yetimə can-can deyən çox olar, çörək verən az”. Necə ki, ermənilər işğal etdikləri torpaqlarımızdan qovulanda havadarları onlar üçün təsəlli verən bəyanatlardan başqa heç nə etmədilər.
İndiki halda Ermənistan düşdüyü çətin durumdan yalnız ölkədəki sosial-iqtisadi böhranı aradan qaldırmaqla çıxa bilər. Bunun da yeganə yolu Azərbaycana və Türkiyəyə qarşı bütün iddialardan əl çəkib qonşu ölkələrlə iqtisadi münasibətlər qurmaqdır. Belə olmasa, Ermənistan dövlətinin mövcudluğu mümkün deyil. Seçim ermənilərindir. Əgər onlarda hələ də az-çox siyasətçilər qalıbsa, bu imkandan istifadə etməlidirlər.
Rüstəm KAMAL
Azərbaycan.-2020.- 17 dekabr.- S.4.