Ramin
Bayramlı: Vaksinlərin effektivliyi və
təhlükəsizliyi haqqında hələ tam
fikir söyləmək mümkün
deyil
COVID-19 əleyhinə vaksinlərə qoyulan ilk tələblər əlavə təsirlərin və əks göstərişlərin minimum olması, zərərsiz olması və təsirinin uzaq nəticələrinin təhlükəsiz olmasıdır.
Hazırda klinik sınaqlar fazasına daxil olan 30 vaksindən cəmi 7-si üçüncü klinik fazada sınaqdan keçirilir. Onlardan ikisi replikasiya olunmayan virus vektoru əsasında, üçü inaktivləşmiş virus əsasında, ikisi isə virusun RNT-si əsasında hazırlanıb.
Tədqiqatlar davam etdiyinə görə vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ tam fikir söyləmək mümkün deyil. Lakin çox ümidverici nəticə və yaxşı xəbərlər var.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlının sözlərinə görə,
müxtəlif şirkətlər tərəfindən təklif
olunan vaksinlərin seçimi
zamanı bir neçə parametr
ön plana
çıxır. Bunlar saxlama
şəraiti, qoruyuculuq, effektivlik
xüsusiyyəti, digər parametr isə təhlükəsizlikdir.
Təhlükəsizliklə bağlı tədqiqatlar yekunlaşmaq üzrədir: "Almaniya və ABŞ şirkətləri -
"BioNTech” və "Pfizer”
şirkətlərinin birgə hazırladığı vaksinin saxlanılması şəraiti daha çətindir və dünyanın əksər
ölkələrində səhiyyə infrastrukturları buna hazır deyil və bu istiqamətdə işlər gedir. Həmin vaksin -70° C-də
saxlanılır və müxtəlif məqalələrdə
onun effektivliyinin 95 faiz olduğu barədə
məlumatlar yer alıb. Digəri
Rusiyanın Qamaleya İnstitutunda
hazırlanan "Sputnik” vaksindir.
O, - 20° C-də saxlanılmalıdır və effektivliyi
92 faizdir. Digər vaksin
ABŞ istehsalı olan "Moderna” vaksininin
saxlanılma şəraitinin -20° C olduğu
və 95 faiz effektivliyə malik
olması barədə məlumatlar var. Bundan başqa, Oksford Universitetində "AstraZeneca”
şirkəti ilə birlikdə İngiltərə və İsveç alimlərinin birgə
hazırladığı -4° C-də saxlanıla bilən vaksin ön plana çıxmışdı ki, onun da
effektivliyinin 70 faiz olduğuna dair məlumatlar
var. Lakin bu vaksində yenidən
dozalandırma ilə bağlı tədqiqatlara
başlanılıb. Çin Xalq Respublikasının "Sinovac”
şirkətinin hazırladığı "CoronaVac”
vaksininin saxlanma temperaturu daha sadədir, yəni
onu 2-8° C-də 3 ilə qədər saxlamaq mümkündür.
İlkin nəticələrə görə,
95-97 faiz effektivliyinin olduğu bildirilir”.
Azərbaycan.-2020.- 16 dekabr.- S.14.