“Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009, № 9, maddə
684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə
1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə
145, № 5, maddə 691, № 7, maddələr
1277, 1300, № 12 (I kitab), maddə
2202; 2018, № 7 (I kitab), maddələr
1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə
1190, № 8, maddə 1382, № 11, maddə
1684, № 12, maddə 1881; 2020, № 5, maddə 508, № 6, maddələr
662, 669, № 7, maddələr 824, 830) aşağıdakı dəyişikliklər
edilsin:
1.
1.0.36-cı maddə aşağıdakı
redaksiyada verilsin:
"1.0.36.
xarici dövlətlərin
ali təhsilə aid kvalifikasiyası - xarici dövlətlərin səlahiyyətli
orqanları tərəfindən
verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin
növbəti səviyyələri
üzrə təhsilini
davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin
müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə
və təcrübəyə
malik olduğunu təsdiq edən təhsil haqqında sənəd;”.
2.
27.4-cü maddədə "Xarici ölkələrdə
verilən təhsil haqqında sənədlərin”
sözləri "Xarici
dövlətlərin ali
təhsilə aid kvalifikasiyalarının”
sözləri ilə əvəz edilsin.
3.
29.0.21-ci maddə aşağıdakı
redaksiyada verilsin:
"29.0.21.
xarici dövlətlərin
ali təhsilə aid kvalifikasiyalarının tanınması
qaydalarını müəyyən
etmək və kvalifikasiyaların tanınmasını
həyata keçirmək;”.
4. 44.2-ci maddənin birinci cümləsində "xarici
ölkələrin ali
təhsil sahəsində
ixtisaslarının tanınması
və ekvivalentliyinin müəyyən edilməsi
(nostrifikasiyası)” sözləri
"xarici dövlətlərin
ali təhsilə aid kvalifikasiyalarının tanınması”
sözləri ilə,
ikinci cümləsində
"xarici ölkələrin
ali təhsil sahəsində ixtisaslarının
tanınması və
ekvivalentliyinin müəyyən
edilməsinə (nostrifikasiyasına),
xarici ölkələrdə
verilən təhsil haqqında sənədlərin”
sözləri "xarici
dövlətlərin ali
təhsilə aid kvalifikasiyalarının”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr
2020-ci il
Azərbaycan.-2020.-
13 dekabr.- S.6.