“İnsan orqan və toxumalarının donorluğu
və transplantasiyası haqqında” Azərbaycan
Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "İnsan orqan və toxumalarının
donorluğu və transplantasiyası haqqında”
Azərbaycan Respublikasının
2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. dörd ay müddətində:
1.1.1.Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.1.2. həmin Qanunun
pozulmasına görə
məsuliyyət növlərini
müəyyən edən
qanun layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.1.3. həmin Qanunun
5.0.10-cu maddəsinə uyğun
olaraq donor orqanların
transplantasiyası metodu
ilə müalicə zərurətinin təcililik
statusuna dair meyarları Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
müəyyən etsin;
1.1.4. həmin Qanunun
8-ci maddəsinə uyğun
olaraq donor orqanların
götürülməsi, hazırlanması,
saxlanması, daşınması
və transplantasiyası
qaydasını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
təsdiq etsin;
1.1.5. həmin Qanunun
13.1-ci maddəsinə uyğun
olaraq "Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nın Əsasnaməsini
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
1.1.6. həmin Qanunun
18.1-ci maddəsinə uyğun
olaraq resipiyentin sağlamlığı üçün
təhlükə törədən
xəstəliklərin siyahısını
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
1.1.7. həmin Qanunun
33.3-cü maddəsinə uyğun
olaraq transplantasiya məqsədilə donor orqanların
idxalı və ixracı qaydasını Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
1.1.8. həmin Qanunun
7.1-ci maddəsinə uyğun
olaraq donor orqanların
götürülməsi, hazırlanması,
saxlanması, daşınması,
idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısını
təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.1.9. həmin Qanunun
7.2-ci maddəsinə uyğun
olaraq donor orqanların
transplantasiyasını həyata
keçirən ixtisaslaşdırılmış
tibb müəssisələrinin
siyahısını təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.1.10. həmin Qanunun
14.2-ci maddəsinə uyğun
olaraq xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının
olub-olmamasının müəyyən
edilməsi üçün
tibb müəssisəsinə
göndərişin və
tibb müəssisəsinin
həkim komissiyasının
qərarının formasını
təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.1.11. həmin Qanunun
15.3-cü maddəsinə uyğun
olaraq resipiyentin gözləmə vərəqəsinin
formasını və
tərtib olunma qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.1.12. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. həmin Qanundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”
Azərbaycan Respublikası
Qanununun 1.1.10-cu, 7.1-ci, 7.2-ci, 8-ci, 9.1-ci,
10.0.1-ci, 12.1-ci, 13.1-ci, 14.2-ci, 15.3-cü, 16.4-cü maddələrində, 17.1-ci maddəsinin
ikinci cümləsində,
18.1-ci, 22.6-cı, 26-cı maddələrində,
27.1-ci maddəsinin birinci
cümləsində, 29.1-ci və 33.3-cü maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini, o cümlədən həmin
Qanunun 5.0.1-ci (orqan donorluğu və transplantasiya sahəsində
dövlət siyasətinin
müəyyən edilməsi,
habelə orqan donorluğu və transplantasiya sahəsində
normativ hüquqi aktların işlənib hazırlanması və qəbul edilməsi üzrə) maddəsində
nəzərdə tutulmuş
vəzifəni Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
2.2. həmin Qanunun 7.1-ci,
7.2-ci, 8-ci, 9.1-ci, 14.2-ci, 15.3-cü, 18.1-ci və
33.3-cü maddələrində nəzərdə tutulmuş
orqanın (qurumun) səlahiyyətlərini, o cümlədən
həmin Qanunun 5.0.1-ci
(orqan donorluğu və transplantasiya sahəsində normativ hüquqi aktların işlənib hazırlanması
və qəbul edilməsi üzrə) və 5.0.10-cu maddələrində
nəzərdə tutulmuş
vəzifələri Azərbaycan
Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
2.3. həmin Qanunun
10.0.1-ci maddəsində nəzərdə
tutulmuş orqanın
(qurumun) səlahiyyətlərini,
o cümlədən həmin
Qanunun 5.0.5-ci və
5.0.7-ci maddələrində nəzərdə tutulmuş
vəzifələri Azərbaycan
Respublikasının Səhiyyə
Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirirlər;
2.4. həmin Qanunun 1.1.10-cu,
12.1-ci, 13.1-ci, 16.4-cü maddələrində,
17.1-ci maddəsinin ikinci
cümləsində, 22.6-cı, 26-cı maddələrində, 27.1-ci maddəsinin
birinci cümləsində,
29.1-ci maddəsində nəzərdə
tutulmuş orqanın
(qurumun) səlahiyyətlərini,
o cümlədən həmin
Qanunun 5.0.1-ci (orqan donorluğu və transplantasiya sahəsində
normativ hüquqi aktların işlənib hazırlanması və qəbul edilməsi üzrə), 5.0.2-ci, 5.0.3-cü, 5.0.4-cü,
5.0.6-cı, 5.0.8-ci, 5.0.9-cu maddələrində
nəzərdə tutulmuş
vəzifələri Azərbaycan
Respublikasının Səhiyyə
Nazirliyi həyata keçirir.
3. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi:
3.1. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”
Azərbaycan Respublikası
Qanununun 13.1-ci maddəsinə
uyğun olaraq Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının yaradılmasını Azərbaycan
Respublikasının 2018-ci il
12 sentyabr tarixli 263 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Dövlət
informasiya ehtiyatları
və sistemlərinin formalaşdırılması, aparılması,
inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”
nəzərə alınmaqla
altı ay müddətində
təmin etsin və həmin bazanın Elektron Hökumət İnformasiya
Sisteminə inteqrasiyası
üçün Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirləri görsün;
3.2. aşağıdakı normativ hüquqi aktları beş ay müddətində qəbul
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin:
3.2.1. həmin Qanunun
1.1.10-cu maddəsinə uyğun
olaraq məlumatlandırılmış
razılıq ərizəsinin
formasını;
3.2.1.3.2.2.
həmin Qanunun 12.1-ci maddəsinə
uyğun olaraq həkim-transplantoloqlara dair
tələbləri;
3.2.2.3.2.3.
həmin Qanunun 16.4-cü maddəsinə
uyğun olaraq canlı donordan transplantasiya məqsədilə
donor orqanın götürülməsinin
zəruriliyinə və
mümkünlüyünə dair həkim komissiyasının qərarının
formasını;
3.2.3.3.2.4.
həmin Qanunun 22.6-cı maddəsinə
uyğun olaraq şəxsin ölümdən
sonra orqanlarının
transplantasiya məqsədilə
götürülməsinə razılığı və
ya orqanlarının götürülməsindən imtina barədə ərizənin formasını;
3.2.4.3.2.5.
həmin Qanunun 26-cı maddəsinə
uyğun olaraq meyit donordan donor orqanlar götürülənədək
onların anatomik və funksional baxımdan qorunub saxlanmasının təmin
edilməsi üçün
tibbi tədbirlərin
həyata keçirilməsi
qaydasını;
3.2.6. həmin Qanunun
27.1-ci maddəsinin birinci
cümləsinə uyğun
olaraq meyit donordan götürülmüş
orqanla bağlı aktın formasını.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
tabeliyində "İnsan
orqan və toxumalarının donorluğu
və transplantasiyası
haqqında” Azərbaycan
Respublikası Qanununun
9.1-ci maddəsinə uyğun
olaraq, əlaqələndirici
qurumun səlahiyyətlərini
həyata keçirən
publik hüquqi şəxs statuslu "Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”ni (bundan sonra - Koordinasiya Mərkəzi) altı ay müddətində yaratsın
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin.
4.5. Koordinasiya Mərkəzinin
təsisçisinin səlahiyyətlərinin
həyata keçirilməsi
aşağıdakılara həvalə
edilsin:
4.1.5.1. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə:
4.1.1.5.1.1.
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırılmaqla Koordinasiya
Mərkəzinin nizamnaməsinin
təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən
edilməsi, onların
dəyişdirilməsi;
4.1.2.5.1.2.
strukturunun təsdiqi və işçilərinin say həddinin
müəyyən edilməsi;
5.1.3. idarəetmə orqanlarının yaradılması;
4.1.3.5.1.4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla yenidən təşkili və ləğvi.
4.2.5.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə:
5.2.1. bu Fərmanın 5.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5.6. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:
5.1.6.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;
6.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun qüvvəyəminmə tarixi nəzərə alınsın.
6.7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 dekabr 2020-ci il
Azərbaycan.-2020.- 13 dekabr.- S.6.